
VƏSSƏLAM[ər.] Sözün qısası, məsələ bitdi, iş qurtardı, bu qədər. Bəli, sözümüz oradadır ki, pişik ilə arvadın çarəsi məhz dağarcıqdır. Sözünə baxmadılar, - qat dağarcığa, ağzını bağla, vəssəlam! C.Məmmədquluzadə. [Duma:] Bir atışma başlandı. Əsəd bəyə güllə dəydi, yaralandı, vəssəlam!.. C.Cabbarlı. [Ülfət:] Nə olsun, - demişdi, - qız xoşuna gəlib, vəssəlam! Mir Cəlal. // Eyni mənada canlı dildə bəzən vəssəlam, şüd tamam şəklində işlənir. [Səfər bəy:] Mənim adım bəydir, vəssəlam, şüd tamam! Daha artıq danışma. B.Talıblı.
Paylaşın - Hamı bilsin
|