
VƏSVƏSƏis. [ər.] Şübhə və tərəddüd, narahatlıq, iztirab, qorxu, səksəkə; əsli olmadığı halda xəyala gələn şey. [Sona:] Eh, nə vəsvəsələr gəlir könlümə! inşallah, getməz, mənə and içibdir ki, ..heç bir quzu oğurluğuna da getmərəm. M.F.Axundzadə. [Seyid:] Məgər mən gördüyüm röya vəsvəsə imiş, xəyalat imiş? Ə.Haqverdiyev. Telli bir saata qədər bir taqım vəsvəsələrlə düşündü. S.Hüseyn.
Paylaşın - Hamı bilsin
|