
VEYİLsif. Avara, boş-boşuna gəzən, heç bir iş sahibi olmayan. Veyil adam. // İs. mənasında. [Nabat:] Sən elə veylin üstündə öz əmini niyə belə ağrıdırsan? S.Rəhimov.
veyil-veyil zərf Avara-avara, boş-boşuna, heç bir işdən yapışmayaraq, boş-bikar. Veyilveyil gəzmək. - [Kərim babanın] o qapı-bu qapıda veyil-veyil sürünməkdən başqa əlindən bir iş gəlməzdi. A.Şaiq. Paylaşın - Hamı bilsin
|