İzahlı lüğət

VİCDAN

is. [ər.] Öz hərəkəti üçün mənəvi məsuliyyət hissi, təmiz ürək hissi, öz hərəkətlərinin yaxşı və ya pis olduğunu duyma. Vicdanı təmiz olmaq. - Ürək al qanə dönmüş, Hadiya, hüzni-ümumidən; Bu hüznü bəxş edən kimdir dilü vicdanə, bilməm ki! M.Hadi. Vətənin sevməyən insan olmaz; Olsa, ol şəxsdə vicdan olmaz. A.Səhhət. Vətən torpağının qəhrəman oğlu; Sənin vicdanın da, qüvvətin də var. S.Vurğun. 0 Vicdan azadlığı siyasi - vətəndaşların istədikləri dinə etiqad etmək, yaxud dindən imtina etmək azadlığı. Vicdan əzabı çəkmək - görmüş olduğu bir pis işdə günahkar və ya məsul olduğunu duyaraq, vicdanən narahat olmaq və mənəvi əzab çəkmək. Atasını artıq sevdiyi üçün bu hirslənməsi də Süleymanın çox vicdan əzabı çəkməsinə səbəb olardı. B.Talıblı.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

V

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed