VİDALAŞMAQf . Görüşüb bir-birindən (həmişəlik, ya müvəqqəti) ayrılmaq; xudahafizləşmək, sağollaşmaq. Student xanımla vidalaşaraq, iki gündən sonra daşınacağını bildirdi. Çəmənzəminli. ikinci zəng vurulduqda miniklər vaqonlara minməyə başladılar. Vidalaşmaq zamanı yetişdi. B.Talıblı. Tez ol, sevgilim, tez ol gəl, artıq vidalaşaq. Ə.Cəmil. 0 Həyatla vidalaşmaq - ölmək. Axşam küləkləri qarşısında uçub gedən yarpaqlar həyatla vidalaşaraq yoxluğa gedən bir bəxtin vəziyyətini təsdiq edir. M.S.Ordubadi.
Paylaşın - Hamı bilsin
|