VİLAYƏTis. [ər.] 1. Böyük inzibati ərazi bölgüsü. Dağlıq Qarabağ Muxtar Vilayəti.
2. Ölkə, məmləkət, mahal, əyalət, ərazi, yer. Buna görə mən .. müxtəlif dövrlərdə Şirvan, Dağıstan vilayətləri və ətrafında baş verən hadisələri toplayaraq, bir kitab yazmağa başladım. A.Bakıxanov. Qarabağ xanı ibrahim xan Şuşa qalasını tərk edərək, Car vilayətinə çəkildi. Mirzə Adıgözəlbəy. Bunlar iran əhli idilər, öz vilayətlərində məişətləri məşəqqət ilə keçdiyinə görə, vətənlərini buraxıb buraya gəlmişdilər. S.S.Axundov. Paylaşın - Hamı bilsin
|