
VİRANƏis. [fars.] Xaraba, yıxıq bina, uçuq bina qalıqları. Mənzil olur gəh mənə viranələr; Cin görürəm, can görürəm, qorxmuram. M.Ə.Sabir. Mən onda bildim ki, yaranmaq nədir? Bəşərsiz kainat bir viranədir. S.Vurğun. // klas. Məc. mənada. Xeyli müddətdir ki, könlüm eşq ilə viranədir; Imdi ol viranəni abad qılsan, vaxtıdır. Xətayi.
Paylaşın - Hamı bilsin
|