
VOKALsif. [lat.] Səsə aid olan, oxumaqla ifa edilən, oxumağa aid olan, oxunmaq üçün yazılmış. Vokal musiqi. Vokal əsər. Konservatoriyanın vokal sinfi. - Vəznsiz musiqiyə bunlar daxildir: ladlar üzərində vokal və çalğı gəzişməsi (improvizasiyası). U.Hacıbəyov. Böyük Azərbaycan şairi Nizaminin qəzəlləri də vokal lirika yaratmaq işində Azərbaycan kompozitorları üçün gözəl ilham mənbəyi olmuşdur. Ə.Bədəlbəyli.
Paylaşın - Hamı bilsin
|