VURĞU1is. 1. Vuruş, zərbə. Yan alan gəmilərin vurğusundan qorumaq üçün əsasın qabaq hissəsində xüsusi qoruyucu qoyulur. Quliyev. Günəş şüalarından düzgün istifadə etmədikdə, dərinin yanması, ümumi əzginlik, Günəş vurğusu kimi hallar baş verə bilər. Babayev. // Vurma. Bir əsər yaranır hər düşüncədən; Hər qəlb vuruşunun öz mənası var. S.Vurğun. Döyüşlərə çağırır saatların vurğusu. S.Rüstəm.
dan. İflic, beyinə qan vurma. məc. Afət, bəla. [Nəsib əmi:] Matməəttəl qalmışam ki, bu nə bəladı, nəzərdi, gözdü, afətdi, vurğudu, qarğışdı, nədi bilmirəm! Mir Cəlal. Paylaşın - Hamı bilsin
|