İzahlı lüğət

VURNUXMAQ

f 1. Boş-boşuna o tərəf-bu tərəfə getmək; qurdalanmaq, yerində hərəkət etmək, boş-boşuna daim hərəkətdə olmaq, əlləşmək, çalışıb-çapalamaq. Səhərdən axşamadək vurnuxmaq. - [Dayım] sonra yenə bir o tərəf-bu tərəfə vurnuxdu. C.Məmmədquluzadə. ...Həmişə görərdin ki, [Əsgər] ülgücbülövünü xurcuna qoyub, tülənmiş sərçə kimi vurnuxur. B.Talıblı. Mahmud indi hospitalın uzun dəhlizində sağa-sola vurnuxur, şəfqət bacısını axtarırdı. Ə.Əbülhəsən.
2. Təşvişə düşmək, təlaşa düşmək, həyəcana düşmək, nə edəcəyini bilməmək, özünü ora-bura vurmaq. indi neçə saat idi ki, əri getmişdi. Gec gəldiyindən, arvad iztiraba düşüb vurnuxurdu. Ə.Haqverdiyev.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed