
VÜSULis. [ər.] Çatma, yetişmə, varma. Şiraz tənbəkisi göndərdim, vüsulundan məni xəbərdar eylə. M.F.Axundzadə. □ Vüsul olmaq - çatmaq, yetişmək, varmaq, varid olmaq. [Fəxrəddin:] Çox yaxşı, tənək çubuqları da ki vüsul oldu. N.Vəzirov. [Nəcəf bəy:] Bəradərim Nəcəf! Kağız yazıb Cavadnan göndərmişdin, gəldi, vüsul oldu. Ə.Haqverdiyev. [Hacı:] Hacı Kazım Ələmşahova göndərdiyiniz kağız və pul qəpiyinə qədər gəlib vüsul oldu. S.Rəhimov.
Paylaşın - Hamı bilsin
|