EŞELONLAMAQ (ID - 11997)f hərb. Eşelonlar (1-ci mənada) halında yerləşdirmək.
|
EŞELONLANMA (ID - 11998)"Eşelonlanmaq” dan f.is.
|
EŞELONLANMAQ (ID - 11999)məch. hərb. Eşelonlar halında yerləşdirilmək.
|
EŞƏLƏK (ID - 12000)is. məh. Alma, armud, heyva kimi meyvələrin yeyilməyən iç hissəsi.
|
EŞƏLƏMƏ (ID - 12001)"Eşələmək” dən f.is.
|
EŞƏLƏMƏK (ID - 12002)f 1. Torpaq, kül kimi toz halında olan şeyləri bir şeylə ehmallı qazımaq, qarışdırmaq. Kərim kişi.. tonqalın közünü eşələyərək sözə başladı.. M.Ibrahimov. Qazan xan tonqalın kənarında oturub gözünü bir nöqtəyə zilləmiş,...
|
EŞƏLƏNMƏ (ID - 12003)“Eşələnmək” dən f.is.
|
EŞƏLƏNMƏK (ID - 12004)qayıd. 1. Ayaqları ilə torpağı qurdalayaraq, qazaraq özünə yem aramaq. Cücələrim birər-birər; Suyu görüb yavuq gələr; Içər, gedər, eşələnər. A.Səhhət. Çadırımızın dörd bir yanı açıqlıq olduğundan toyuq cücələri...
|
EŞƏNƏK (ID - 12005)is. 1. Toyuğun qazıb açdığı, eşələyib açdığı yer, eşilmiş yer. Toyuq eşənəyi.
Toyuğun başı kəsiləndə eşənəkdə qalar. (Ata. sözü). məc. Qarışdırılmış, eşələnmiş, tökübtöküşdürülmüş, qatma-qarışıq... |
EŞİDƏN (ID - 12006)is. dan. Dinləyici, dinləyən. Radio eşidənlər.
|
EŞİDİLMƏ (ID - 12007)“Eşidilmək” dən f.is.
|
EŞİDİLMƏK (ID - 12008)məch. 1. Qulaq vasitəsilə qavranılmaq, qulaqla duyulmaq, qulağa çatmaq (səs haqqında). Yuxarıda qat-qarışıq bir səs eşidildi. A.Şaiq. Göydə ulduz ulduzu çağırırdı.. Yaxından dənizin uğultusu eşidilirdi. M.Hüseyn. Birdən lap...
|
EŞİDİLMƏZ (ID - 12009)sif və zərf Eşidilməsi mümkün olmayan, eşidilməyən. [Musa kişinin] yalnız ağzına dəsmal basdıqda səsi eşidilməz oldu. M.Ibrahimov.
|
EŞİDİLMƏZLİK (ID - 12010)is. Eşidilməsi mümkün olmayan səsin halı.
|
EŞİK (ID - 12011)is. 1. Bayır, dışarı, çöl. Gecənin bir aləmində Nəbi evdən eşiyə çıxır. “Qaçaq Nəbi”. Hacı Həsən bir söz deməyib gəlir, yapışır Iskəndərin qolundan və çəkə-çəkə aparır eşiyə. C.Məmmədquluzadə. [Dərviş:]...
|
EŞİKAĞASI (ID - 12012)is. 1. tar. Şah saraylarında təşrifat məmuru. [Nadir şah] eşikağası mənsəbini [İbrahimxəlil ağanın oğlu Fəzləli bəyə] münasib gördü və bu qulluğu o mərhumə verdi. M.Adıgözəlbəy. Zamanı eşikağası işdən agah etdi, biçarə...
|
EŞİLMƏ (ID - 12013)“Eşilmək” dən f.is.
|
EŞİLMƏK (ID - 12014)məch. 1. Eşik-eşik edilmək, qazılmaq, qazıq-qazıq edilmək. Meşələr kökündən eşilir, qocaman palıd ağacları hərləməsinə qazılır, kökündən və damarlarından kəsilir, gurultu ilə yerə gəlirdi.. S.Rəhimov.
2. Burum-burum... |
EŞİM-EŞİM (ID - 12015)sif Buruq-buruq, buruq, burum-burum. Eşim-eşim dağ yolu.
|
EŞİTDİRİLMƏ (ID - 12016)“Eşitdirilmək” dən f.is.
|
EŞİTDİRİLMƏK (ID - 12017)məch. Hiss etdirilmək, qulağına çatdırılmaq, xəbərdar edilmək, bildirilmək.
|
EŞİTDİRMƏ (ID - 12018)“Eşitdirmək” dən f.is.
|
EŞİTDİRMƏK (ID - 12019) |
EŞİTMƏ (ID - 12020)“Eşitmək” dən f.is. Eşitmə orqanı.
|
EŞİTMƏK (ID - 12021)f 1. Hər hansı bir səsi qulaqla qavramaq, almaq, duymaq, mənimsəmək. Danışanların səsini eşitmək. O biri otaqdan səs eşitmək. - Əz qəza Gülbadamın səsini kəndin kənarından keçərkən bir adam eşidib səslənir: - Ay adam, kimsən?...
|
EŞİTMƏMƏZLİK (ID - 12022)is. 1. Eşitmək qabiliyyətinin olmadığı hal; karlıq.
2. Eşitməmə, dinməmə, qulaq asmama, əməl etməmə. □□ (Özünü) eşitməməzliyə vurmaq (qoymaq) - özünü eşitməyən kimi göstərməyə çalışmaq, əhəmiyyət verməmək,... |
EŞİTMƏZLİK (ID - 12023)bax eşitməməzlik. Əttar Həsən eşitməzlik edib evə girdi və qapını çəkib bərk örtdü. Çəmənzəminli.
|
EŞQ (ID - 12024)is. [ər.] 1. Sevgi, məhəbbət, sevda, böyük istək hissi, sonsuz bağlılıq. Vətən eşqi. Ovlad eşqi. Həyat eşqi. - Can vermə qəmi-eşqə ki, eşq afəti-candır; Eşq afətican olduğu məşhuri-cahandır. Füzuli. Dilidivanə sevər can...
|
EŞQBAZ (ID - 12025)[ər. eşq və fars. ...baz] Qadın düşkünü, arvadbaz, aşiqanə macəraları sevən adam.
|
EŞQBAZLIQ (ID - 12026)is. 1. Eşq macəralarına meyil, yalandan eşq yetirmə, məhəbbətdən danışma, sevişmə. ..Uşaqlarımız bekar qalanda ya gərək teatrlarımıza gedib eşqbazlıq nümayişlərinə tamaşa eləsinlər, ya gərək küçə qapılarının ağzına...
|
EŞQLİ (ID - 12027) sif. Hərarətli, həyəcanlı, ehtiraslı. Eşqli qəlb. - Qan salmağa aralığa; Çox eşqli pərvanəsən. “Qurbani”. [Rüxsarə] ..ancaq Həsənin hərarətli nəfəsi ilə eşqli dodaqlarını hiss edirdi. T.Ş.Simurq.
|
EŞQNAMƏ (ID - 12028)is. [ər. eşq və fars. ...namə] Aşiqanə məktub, eşq, sevgi ifadə edən məktub. Bir-birlərinə deyəcəkləri sözləri aylardan bəri əzbərləmişdilər, ortalığa atılaraq arzular böyük həcmli bir eşqnaməni təşkil edirdi. M.S.Ordubadi....
|
EŞQPƏRVƏR (ID - 12029)[ər. eşq və fars. ...pərvər] Eşq bəsləyən, eşq yetirən, sevən. [Sofiya xanım:] Sizin bu qədər eşqpərvər bir qəlbə malik olduğunuzu zənn etməzdim. Çəmənzəminli.
|
EŞMƏ1 (ID - 12030) 1. “Eşmək” dən f.is.
sif. Burulmuş, eşilmiş, eşilib hazırlanmış. Eşmə qamçı. - Molla uzun və qara müştüyün başına sancılmış eşmə papirosa qullab vuraraq ətrafına tüstü yayırdı.. T.Ş.Simurq. [Koxa:] Şahməmməd,... |
EŞMƏ2 (ID - 12031) is. Uşaqların aşıqla oynadıqları bir oyun adı.
|
EŞMƏ-EŞMƏ (ID - 12032) bax eşim-eşim. Nəbinin bığları eşmə-eşmədir; Papağı güllədən deşmə-deşmədir. “Qaçaq Nəbi”.
|
EŞMƏK1 (ID - 12033) f 1. Qazımaq, qazıyıb açmaq, qurdalamaq (torpağı, qumu, külü və s.-ni). ..[Pələng də] məni görmüşdü. Pəncəsi ilə acıqlı-acıqlı yeri eşir, dırmalayırdı. A.Şaiq. Səlim ilğım kolunun dibini balaca bel ilə eşməyə başladı....
|
EŞMƏK2 (ID - 12034) is. məh. Yaxası xəzli, gödəkqollu, qadın üst geyimi.
|
EŞSİZ (ID - 12035)sif. [türk.] 1. Yalqız qalmış, tək qalmış; yoldaşsız, dostsuz, kimsəsiz.
Misilsiz, misli olmayan, tayı-bərabəri olmayan. [Xəyyam:] Söylə, ey sevgili, eşsiz mələkim; Kim zəhər qatdı gülər ömrünə, kim?! H.Cavid. |
EŞŞƏK (ID - 12036)is. 1. At fəsiləsindən iribaşlı, alçaqboylu, uzunqulaqlı yük və minik heyvanı; uzunqulaq. Allaflar çuval-çuval arpa, buğda və saman alıb arabalara doldurur, eşşəklərə yükləyirdilər. A.Şaiq. Qulam dayının aldığı boz eşşək...
|
EŞŞƏKARISI (ID - 12037)is. zool. Zərqanadlılar fəsiləsindən arıya bənzər sarı, parlaq qanadı olan, iynəli böcək.
|
EŞŞƏKBELİSINDIRMA, EŞŞƏKBELİSINDIRDI (ID - 12038) is. Uşaqların dombaltma durub biri-birinin belindən atılaraq oynadıqları oyun; atlanbac.
|
EŞŞƏKBİYANI (ID - 12039)is. bot. Yazdan bir qədər keçmiş bitən pis qoxulu alaq otu.
|
EŞŞƏKÇİ (ID - 12040)is. 1. köhn. Eşşəklərə baxan, xidmət edən mehtər. Oraya yığılanlar kimdirlər? Biri xanın eşşəkçisinin nəvəsi deyilmi? Ə.Haqverdiyev. Eşşəyə minmiş adam. Məhəmmədhəsən əlini eşşəkçinin qurşağına salıb çəkə-çəkə...
|
EŞŞƏKÇİLİK (ID - 12041)is. köhn. Eşşəklə yük daşıma peşəsi.
|
EŞŞƏKQANQALI (ID - 12042)is. bot. Tikanlı, dilikdilik yarpaqları olan yabanı bitki.
|
EŞŞƏKLİ (ID - 12043)sif. Eşşəyi olan. Eşşəkli köç.
|
EŞŞƏKLİK (ID - 12044)is. Qanmazlıq, anlamazlıq, kobudluq, heyvanlıq. Planların alt-üst olmasına səbəb Kəşaninin eşşəkliyi və xamlığı olmuşdu. Qantəmir. □ Eşşəklik eləmək axmaq bir iş görmək, tərbiyəsiz bir hərəkət göstərmək. [Allahqulu:]...
|
EŞŞƏKOYUNU (ID - 12045)is. dan. Axırı savaşmaya, qovğaya çevrilən qaba zarafat. Eşşəkoyunu başlamaq.
|
EŞŞƏKTURPU (ID - 12046)is. bot. Kökü turpa bənzər yabanı alaq otu.
|
Bu səhifə dəfə baxılıb