Ünvan
Nəsimi rayonu, Səməd Vurğun küç., 43
Yaxınlıqda olan metro stansiyası
28 May
Orientir
World business center. 9-cu mərtəbə.
Kurs haqqında ümumi məlumat
Bu gün kommersya bank işi və biznesin idarə edilməsi sahəsində Azərbaycan təlim və məsləhət xidmətləri bazarında aparıcı paya malik olan Azərbaycan Bank Tədris Mərkəzi (ABTM) Azərbaycan Mərkəzi Bankının təşəbbüsü və dəstəyi, Azərbaycan Banklar Assosiasiyasının təsisçiliyi və yaxından köməyi, Avropa Birliyi TACIS Proqramının texniki yardımı ilə 2000-ci ilin fevral ayında yaradılmışdır.
Yaradıldığı vaxt əsas etibarı ilə Avropa Birliyi ölkələrindən dəvət olunmuş ekspertlər tərəfindən yalnız kommersiya bank işi üzrə 15-dək mövzu üzrə qısamüddətli təlimlər təşkil edən ABTM bugün 70 nəfərdən artıq yüksək peşəkar və xüsusi hazırlıq keçmiş yerli ekspertlər komandası ilə yalnız bank işi üzrə 60-dan çox standart kurs və sertifikasiya proqramları, habelə 14 istiqamət üzrə məsləhət xidmətləri təqdim edir.
Kredit təşkilatları və onların müştəriləri arasında biznes əlaqələrinin daha inkişaf etməsinə dəstək məqsədi ilə, Mərkəz 2004-2007-ci illərdə Beynəlxalq Maliyyə Korporasiyası və BP-Azərbaycan Neft Şirkəti ilə birlikdə kiçk və orta biznesin idarə edilməsi üzrə 40-dan artıq təlim məhsulları hazırlamış və 300-dək müəssisə onun bu xidmətlərindən istifadə edir.
Bu gün ABTM kommersiya bank işi və biznesin idarə edilməsi mövzuları ilə yanaşı, xüsusi sifarişlər üzrə hazırlanmış təlim mövzuları ilə birlikdə 140-dan artıq mövzu üzrə təlimlər keçirir.
Xidmət çeşidinin müxtəlifliyi, xidmətlərinin keyfiyyəti və Azərbaycan təlim bazarında tanınmış yüksək peşəkar ekspertləri sayəsində, 2000-2010-cu illər ərzində Mərkəz iqtisadiyyatın müxtəlif sahələrini əhatə edən 300-dən artıq özəl müəssisə əməkdaşlarının, 10-dan çox dövlət təşkilatı qulluqçularının, 10-dan artıq digər beynəlxalq və ictimai təşkilat nümayəndələrinin, habelə 1000-dən artıq fərdi şəxsin iştirak etdiyi, 1300-dən yuxarı kurs keçirmiş və kurslarda 17000 nəfərdən çox dinləyici iştirak etmişdir.
2001-ci ildən məsləhət xidmətləri bazarına daxil olan ABTM bugün 30-dan çox təşkilata 14 istiqamətdə 157 mövzu üzrə məsləhət xidmətləri göstərmişdir.
Yarandığı gündən beynəlxalq əməkdaşlığı özünün prioritet sahəsi hesab edən Mərkəz 2000-2010-cu illər ərzində Avropa Birliyinin TACIS proqramı, ABŞ-ın Avrasiya Fondu, Almaniya Texniki Yardım Agentliyi (GTZ), Almaniya İnkişaf Bankı (KFW), Beynəlxalq Maliyyə Korporasiyası (IFC), Amerika Birləşmiş Ştatları Beynəlxalq İnkişaf Agentliyi (USAID), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Yaponiya Beynəlxalq Əməkdaşlıq Təşkilatı (JICA) və digər beynəlxalq qurumlar tərəfindən maliyyələşdirilən 29 beynəlxalq layihəyə, o cümlədən 9-na benefisar və 20-nə icraçı kimi cəlb olunmuşdur.
Kursun veb saytı
https://abtc.az/
Həftəarası iş vaxtları
09:00 - 20:00
Şənbə günü iş vaxtı
09:00 - 20:00