Beynəlxalq mühasibat uçotu təlimi

 Beynəlxalq mühasibat uçotu təlimi - 1

BEYNƏLXALQ MÜHASİBAT UÇOTU TƏLİMİ
Təlim 2 aprel 2018-ci il saat 19:00-da başlayir
Təlimin müddəti: 3,5 ay (28 dərs-56 saat) təşkil edir.
Təlimçi: Radil Fətullayev
Günlər və saatlar:
I -gün 19:00-dan 21:00 kimi
IV-gün 19:00-21:00kimi

Qeyd :
İqtisadi Araşdırmalar və Tədris Mərkəzi imkansız şəxslərə dəstək üçün hər bir elan edilmiş “Beynəlxalq mühasibatlığın əsasları” kursuna 1 tələbə üçün ödənişsiz təhsil alma imkanı təşkil edir.
Aşağıda göstərilmiş kateqriyaya aid 1 şəxsə şamil edilir.

Təlim haqqında
1- 2 - ci aylarda Maliyyə hesabatının hazırlanması və Balansa çıxma qaydaları öyrədilir. Burada 100-ə yaxın məsələ işlənilir və birgə həll edilir;
3-cü ayda Beynəlxalq mühasibatlıq və yeni hesablar planı əsasında Vergi uçotu və Rəsmi mühasibatlıq öyrədilir. Burada rəsmi sənədlər üzərində işləmə qabiliyyətləri tədris olunur.
Həmçinin Vergi, DSMF və Statistika hesabatlarının verilmə qaydaları, o cümlədən BTP, B1 və B3 proqramlarında işləmək öyrədilir.
P.S. Tədris Azərbaycan dilindədir. Tədris prosesi həm nəzəri, həm də praktiki formada aparılır. Əgər sizin riyazi bilikləriniz və məntiqi təsəvvürünüz yaxşı səviyyədədirsə Allahın izniylə nəticəyə 100 faiz zəmanət veririk!
Kursla tanış olmaq üçün birinci dərsdə ödənişsiz iştirak edərək davam etməyə də bilərsiz
Endirim tətbiq olunan şəxslər:
1. Tələbələr üçün 10 % Tələbə (magistr) bileti
2. İşsizlər üçün 5% İşsizlik haqqında arayış
3. Maddi durumu ağır olan ailələrin övladları (18 yaşadək şəxslər, 24 yaşadək tələbələr) 10% Yaşayış yerindən arayış ailə tərkibi haqqında (Valideynlərinin işləməməsi qeyd olunmaqla)
4. Ön cəbhədə xidmət etmiş şəxslər 10% Hərbi bilet
5. Əlilliyi olan gənclər (I və II qrup əlilliyi olan şəxslər) 13% Əllillik haqqında arayış
6. Əlil və xəstə valideynlərin övladları (18 yaşadək şəxslər, 24 yaşadək tələbələr) 13% Əlillik haqqında arayış; Xəstəlik haqqında epikriz
7. Atasını və ya hər iki valideynini itirən şəxslər (18 yaşadək şəxslər, 24 yaşadək tələbələr) 13% Ölüm haqqında şəhadətnamə
8. Şəhid və Qarabağ əlillərinin övladları (18 yaşadək şəxslər, 24 yaşadək tələbələr) 15% Şəhid və ya Qarabağ əlili statusu haqqında müvafiq orqanın arayışı
9. Atası məhkumluqda olan şəxslər (18 yaşadək şəxslər, 24 yaşadək tələbələr) 10% Valideynin məhkumluğu haqqında arayış
10. Beş və ya daha çox uşaqlı ailələrin üzvləri 5% Yaşayış yerindən arayış ailə tərkibi haqqında
11. Valdeyin himayəsindən məhrum olan gənclər və internat məktəbini bitirənlər 13% İnternat məktəbini bitirdikləri haqqında sənəd
12. İATM kursunu bitirmiş, yenidən kursa gəlmək istəyənlər 15% Sertifikatın surəti
13. Təhsil haqqını əvvəlcədən birdəfəlik ödəyənlər 13% Mədaxil qəbzinin surəti
* Yuxarıdakı güzəştlərdən bir neçəsinə düşən şəxslərə ən yüksəyi olmaqla yalnız bir kateqoriyaya görə güzəşt verilə bilər.
* Telefon və ya digər vasitələrdə ilkin danışıq zamanı endirim istəyənlərə 5% endirim olunur.
QEYDİYYAT ÜÇÜN ZƏNG ET:
əlaqə : 012 480 28 45; 012 432 71 75; 070 511 77 31; 055 333 76 90.
VƏ YA “iatm.az” saytına daxil olub Qeydiyyat bölməsində online qeydiyyatdan keçə bilərsiniz

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed