Əmək Məcəlləsinin nəzəri və praktiki təlimi
İntellekt kurslari sizləri HR təlimlərinə dəvət edir.
Əmək Məcəlləsinin nəzəri və praktiki təlimi.
Təlimə kimlər qatıla bilər?
Əmək qanunvericiliyi səhəsində çalışmaq istəyən, həmçinin bu səhədə biliklərini təkminləşdirmək istəyən hər bir şəxs “Training of Labor Code” kursunun təşkil etdiyi Əmək Məcəlləsinin nəzəri və praktiki təlimində iştirak edə bilər.
İştirakçılar bu təlimdə nə öyrənəcəklər?
Yerli əmək qanunvericiliyini (əmək məcəlləsi, qərarlar və s) və kadr kargüzarlığını tam əhatə edəcək biliklər əldə edəcəklər.
Təlimçi haqqında məlumat: Nihad Əliyev bu sahədə artıq 5 il iş təcrübəsinə sahibdir. Bu 5 il müddətində “Azərbaycan Dəmir Yolları” QSC-nin nəzində idarədə kadrlar üzrə rəis köməkçisi işləmişdir. Hal-hazırda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin nəzdində “ Bakı Telefon Rabitəsi” MMC-də kadrlar şöbəsində kadrlar üzrə mütəxəssis vəzifəsində çalışır. Bu sahədə artıq bir neçə təlimlər həyata keçirmişdir.
Təlimdə keçiriləcək mövzular?
1-ci dərs. Ümumi anlayışlar. Əmək müqaviləsi və əmək münasibətləri. ( 2 saat 30 dəqiqə)
1.1 Əmək Qanunvericiliyinə giriş.
1.2 Əmək Qanunvericiliyində ilkin və əsas anlayışlar.
1.3 Əmək müqaviləsi neçə olmalıdır?
1.4 Əmək müqaviləsinin tərəfləri, məzmunu və forması.
1.5 Əmək müqaviləsinin bağlanması və dəyişikliklərin edilməsi.
1.6 Əmək müqaviləsinin müddəti. Müddətli və müddətsiz əmək müqaviləsi.
1.7 Əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi.
1.8 Sınaq müddəti. Sınaq müddətinə cəlb olunmaya işçilər.
1.9 Əmək müqaviləsinin bağlanması, dəyişikliklərin edilməsi zamanı sənədləşmə qaydaları.
2-ci dərs. Əmək şəraiti və şərtləri. Başqa işə keçirilmə və həvalə. ( 2 saat 30 dəqiqə)
2.1 Əmək şəraitinin şərtləri. Əsas və əlavə şərtləri.
2.2 Əmək şəraitinin şərtlərinin dəyişdirilməsi.
2.3 Əvəzçilik üzrə iş.
2.4 Daimi və müvəqqəti başqa işə keçirilmələr və həvalə.
2.5 Başqa işə keçirilmə və həvalə zamanı ödənilən əlavə əmək haqqılar.
2.6 İşdən kənarlaşdırılma halları.
2.7 Əvəzçilik, başqa işə keçirilmə və həvalə zamanı sənədləşmə qaydaları.
3-cü dərs. Attestasiya qaydaları və Əmək müqaviləsinə xitam verilməsi əsasları ( 4 saat 30 dəqiqə)
3.1 Attestasiya, İş yerlərinin və işçilərin attestasiyası qaydaları.
3.2 Attestasiya nəticəsinin tənzimlənməsi qaydaları.
3.3 İşçinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi halları.
3.4 İşə götürənin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi halları.
3.5 Əmək müqaviləsinə xitam verilməsinin digər halları.
3.6 Əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatları.
3.7 Əmək müqaviləsinə xitam verilməsinin sənədləşdirilməsi qaydası.
4-cü dərs. İş və istirahət vaxtı. ( 2 saat 30 dəqiqə)
4.1 İş vaxtı və onun növləri. İstirahət vaxtı və qeyri iş günləri arasındakı fərq.
4.2 Qısaldılmış iş vaxtı və natamam iş vaxtı.
4.3 Ağır və zərərli iş yerlərində iş vaxtı.
4.4 İş vaxtından artıq işin və qeyri iş günlərində işin tənzimlənməsi qaydaları.
4.5 İş vaxtının cəmlənmiş uçotu.
4.6 Gecə, gündüz və axşam vaxtında iş. Gecə vaxtı iş ilə gecə növbəsindəki iş arasındakı fərq.
4.7 İş vaxtı, iş vaxtından artıq işin və qeyri-iş günlərində görülən işin sənədləşdirilməsi qaydaları.
4.8 İstehsalat təqvimi və tabellərin hazırlanması qaydaları
5-ci dərs. Məzuniyyətlər və onların sənədləşdirilməsi qaydası. ( 4 saat 30 dəqiqə )
5.1 Məzuniyyət hüququ və məzuniyyətinin növləri.
5.2 Əsas əmək məzuniyyətinin vacibliliyi və onun sənədləşdirilməsi qaydaları.
5.3 Təhsil və yaradıcılıq məzuniyyəti, sosial məzuniyyət, ödənişsiz məzuniyyət və onların müddətləri.
5.4 Əlavə məzuniyyətin müddətləri və növləri.
5.5 Əmək məzuniyyətində növbəlilik və başqa vaxta keçirilmə.
5.6 Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması qaydası.
5.7 İşçilərə istifadə edilməmiş məzuniyyətlərə görə kompensasiyanın hesablanması qaydaları.
5.8 İşdən azad olunma zamanı istifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın hesablanması
qaydaları.
5.9 Məzuniyyətlərin sənədləşdirilməsi qaydaları.
6-cı dərs. Əmək və icra intizami, əmək kitabçaları, ezamiyyə qaydaları, hesabatlar və elektron portal. (2 saat 30 dəqiqə)
6.1 Əmək və icra intizamı və onun rəsmiləşdirilməsi.
6.2 İntizam məsuliyyəti və onun sənədləşdirmə qaydaları.
6.3 Ezamiyyət normaları haqqında məlumat.
6.4 Ezamiyyənin növləri və onların sənədləşməsi.
6.5 Əmək kitabçalarının yazılması, uçotu və dublikatların tərtibi.
6.6 Kadr inzibatçılığı zamanı sənədləşmə.
6.7 Kadr inzibatçılığı istifadə edilən sənədlər: Əmrlər, Ştat cədvəlləri, Protokollar, Arayışlar və s.
6.8 Hesabatların tərtib edilməsi və dövlət orqanlarına təqdim edilməsi.
6.9 Elektron portal ilə iş.
Təlimə daxildir:
- Təlim materialları. (Cap və elektron formada) -
- Pratiki çalışmalar
- Sertifikat
- Cay fasiləsi.
Təlim 20 saatdan ibarət olmaqla 1 ay davam edəcək. Dərslər hər biri 2 saat 30 dəqiqə olmaqla həftədə 2 dəfə, hər həftənin 3-cü və 6-cı günləri keçiriləcək (iştirakçıların tələbi ilə müəyyənləşdirilə bilər). Dərslər zamanı, 2 saat növbəti, yeni dərsin keçirilməsinə, 30 dəqiqə isə (15 dəqiqə testlər, 15 dəqiqə sual-cavab) keçirilmiş cari dərsə aid mövzular təkrarlanacaq.
"Bu təlim təlimçinin monoloqu əsasında yox, təlimçi və iştirakçının dialoqu əsasında qurulacaq."
Təlimdə iştirak etmək istəyənlər aşağıdakı əlaqə vasitələrindən istifadə edə bilərlər;
Ünvan: Nizami metrosu ile üzbeüz.
Qoç ət restoraninin arxasindaki bina
Elaqe tel: 012 497 34 41
051 780 62 31