"Əmək Qanunvericiliyi" təlimi məhz sizlər üçün nəzərdə tutulub

Fəaliyyət göstərdiyi sahədən asılı olmayaraq istənilən böyük və kiçik şirkətdə insan resursları şöbəsinin rolu olduqca böyükdür. Universiteti bitirdikdən sonra karyerasına insan resursları şöbəsində başlamaq istəyənlərin ilk və zəruri addımı məhz Əmək qanunvericiliyinin öyrənilməsi olmalıdır.

Nəinki iş həyatına yeni qoşulan gənc əməkdaşlar, eləcə də insan resursları şöbəsinin mütəxəssisləri şəxsi inkişafları üçün hər zaman özlərinə investisiya qoymağı bacarmalıdırlar. Çünki, təhsilə, inkişafa yatırılan investisiya heç zaman batmır.

Headstart International təlim mərkəzinin reallaşdırdığı "Əmək Qanunvericiliyi" təlimi məhz sizlər üçün nəzərdə tutulub.

Qeyd edək ki, təlimi Gilan Holding-də Retail Group Portfelinin İnsan Resursları üzrə Meneceri keçəcək.

Təlim modulları:

  Əmək Qanunvericiliyi 
  Əmək müqaviləsi, əsasları və bağlanma qaydası
  İş və İstirahət vaxtı 
  İşçilərin Məzuniyyət Hüququ 
  Əmək müqaviləsinə xitam verilməsinin əsasları, qaydası və xitamın sənədləşdirilməsi 
  İşəgötürən və işçi arasında maddi məsuliyyət,tam maddi məsuliyyət 
  Əmək və İcra intizamının pozulmasına görə intizam məsuliyyəti 
  Ezamiyyə Qaydaları və rəsmiləşdirilməsi 
  Məşğulluq hesabatlarının hazırlanma qaydası

➡️TƏLİMÇİ HAQQINDA:

Fərid Nəcəfov 2011-ci ildən karyerasına Azersun Holding-da başlamışdır. Daha sonralar Azərinşaatservis, Veysəloğlu Holdingdə çalışmaqla , o, istehsalat, tikinti, pərakəndə sektorlarında ciddi təcrübə qazanmışdır. Fərid Nəcəfov son 3 ildə Əmək Qanunvericiliyi üzrə təlimlər verməklə bu sahədə ixtisaslaşıb. O, həmçinin Gilan Holdingin Əmək Qanunverciliyi üzrə daxili təlimçisidir. Hal-hazırda Gilan Holding-də Retail Group Portfelinin İR Meneceri vəzifəsində çalışır.

 Ətraflı məlumat üçün ofisimizə yaxınlaşa və ya aşağıdakılardan biri ilə əlaqə saxlaya bilərsiniz:

☎️ +994 12 597 48 05 / 06
  +994 55 409 69 03
  a.nurana@headstart-international.com

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed