“Əmək Qanunvericiliyi” və “İnsan resurslarının idarə edilməsi” sahəsində profesional olun

“Əmək Qanunvericiliyi” və “İnsan resurslarının idarə edilməsi” sahəsində profesional olun

Çalışdığınız şirkətdə insan resursları üzrə mütəxəssis, bu departamentdə işə başlayan yeni əməkdaş və ya insan resursları sahəsində karyerasını qurmaq istəyən hədəfi olan birisinizsə, dayanmadan, bu yolda özünüzü inkişaf etdirməlisiniz.

Vəzifənizin ağırlığı və məsuliyyətini dərk edərək peşəkarlaşmaq, yalnız, qazandığınız bilik və təcrübə ilə mümkündür.

Şübhəsiz ki, insan resursları istənilən şirkətin ən vacib departamentlərindən biridir və onun iş performansı birbaşa şirkətin gələcəyinə təsir göstərir.

İnsan Resurslarının idarə edilməsi gərgin rəqabət şəraitinin hökm sürdüyü günümüzdə şirkətlərin normal fəaliyyəti və böyüməsi şəraitində ən vacib faktor hesab olunur.

Resurs bazarındakı dəyişikliklər həm insan resursları üzrə mütəxəssislərin, həm də digər işçi heyətinin yüksək səviyyədə yetişdirilməsi üçün "İnsan Resursları" üzrə təhsili olduqca önəmli edir.

İnsan resurslarının bütün proseslərinə hakim ola bilmək və çalışdığınız şirkətə faydalı olmaq üçün “Əmək Qanunvericiliyi” və “İnsan resurslarının idarə edilməsi” sahəsində zəngin bilik və təcrübəyə yiyələnmək lazımdır.

Öyrəndiklərinizi karyeranızda tətbiq etmək isə sizi olduğunuz sahənin peşəkarı və Azərbaycanda adı müsbət hallanan insan resursları mütəxəssisi edəcək.

Personalın işə alınması ilə başlayan,orientasiya, performans dəyərləndirməsi, peşəkar karyera idarə edilməsi və planlaması kimi olduqca vacib və əhatəli bir vəzifə olan İnsan Resursları departamenti işçiləri peşəkar olmaq üçün hər zaman özlərini inkişaf etdirməlidirlər.

Headstart International “Əmək Qanunvericiliyi” və “İnsan Resurslarının İdarə Edilməsi” üzrə təlimləri məhz bu sahə üzrə maraqlananlar və çalışdıqları şirkətlərin əhəmiyyətli və vacib əməkdaşı olmaq istəyənlər üçün təqdim edir.

Əmək Qanunvericiliyi təliminin başlama tarixi: 03.02.2018
İnsan Resurslarının İdarə Edilməsi təliminin başlama tarixi: 10.02.2018

Əgər təlimlərimizlə maraqlanırsınızsa, bizə facebook üzərindən yaza və ya aşağıdakı nömrələrdən biri ilə əlaqə saxlaya bilərsiniz.

+994 12 597 48 05 / 06

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed