“Gənc Lider" təcrübə proqramına qoşulun

“Gənc Lider

TƏCRÜBƏ PROQRAMI! 
Əziz TƏLƏBƏLƏR!
Creative TK sizləri “Gənc Lider" təcrübə proqramına qoşulmağa dəvət edir. Bu proqram Sizə öz istedad və bacarıqlarınızı inkişaf etdirməyə, ideyalarınızı reallaşdırmağa və iş təcrübəsi əldə etmək üçün yardımçı olacaqdır.

Bizim məqsədimiz, bacarıqlı və perspektivli gənclərin yaradıcı və professional qabiliyyətlərini inkişaf etdirməkdir!

Tələblər:

Göstərilən sahələr üzrə bilik və bacarıq, özünü həmin sahə üzrə inkişaf etdirmək istəyi.

Layihələrin idarə olunması
Müştəri xidmətləri
PR və marketing
Pedaqogika

Bacarıqlar:

  yenilikləri araşdırmaq və təqdim etmək bacarıqları;
  yeni və kreativ ideyalar;
  kollektivdə işləmək bacarığı;
  sağlam rəqabət aparmaq;
  işində məsuliyyətli olmaq, verilən tapşırıqları və işini təlimat üzrə yerinə yetirmək.

3 ay ərzində sizin əldə edəcəkləriniz:

  Şəxsi inkişafa yararlı məlumatların əldə edilməsi, yeni bilgilərə yiyələnmə;
  Xarici dil kursları;
  Kompyuter bilikləri;
  Professional iş təcrübəsi ; 
  Həmfikirlərlə mübadilə;
  İş həyatında professional inkişaf;
  Uğurlu iş adamlarının master klasslarında iştirak;

Proqramı bitirən şəxslər Creative TK-dan Sertifikat, təhsilini davam etmək və işlə təmin olunma şansı əldə edəcəklər.

Qeyd  
Bakalavr və Magistrlar bu proqrama müraciət edə bilərlər.

Proqrama qoşulmaq uçun:

  Aşağıda göstərilən linkdən keçid edin və sualları cavablandırın
  https://ru.surveymonkey.com/r/MLHG6PV
  Uyğun şəxslər müsahibəyə dəvət olunacaqlar 
  Müsahibədən uğurla keçən şəxslər 3 aylıq pulsuz “Gənc Lider" proqramında iştirak etmək hüququ qazanır

Əlavə məlumat üçün info@creative.edu.az e-poçt ünvanı ilə əlaqə saxlaya bilərsiniz

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed