"İnsan Resurslarının İdarə Edilməsi" təlimi başlayır

Növbəti "İnsan Resurslarının İdarə Edilməsi" təlimi başlayır.
Təlimin məqsədi təşkilatlarda insan resurslarının idarə edilməsi funksiyalarının təşkil edilməsi, əmək münasibətlərinin tənzimlənməsi və insan resurslarının idarə edilməsi sistemlərinin tətbiqi və təkmilləşdirilməsi üzrə təlim iştirakçılarına nəzəri və praktiki bilik-bacarıqların ötürülməsidir.

Təlimdə iştirak etməklə, həmçinin, qabaqcıl təcrübədə istifadə olunan metodologiya və yanaşmalar haqqında geniş təfərrüata malik olacaqsınız.

➡️Təlim kimlər üçün nəzərdə tutulub?

Təlim insan resursları sahəsində çalışan və ya çalışmaq istəyən mütəxəssislər və menecerlər üçün nəzərdə tutulmuşdur.

➡️Təlim mövzuları:

  İnsan resurslarının idarə edilməsi üzrə ümumi müddəalar;
  Əmək müqaviləsinin tərəflərinin əsas hüquqları, vəzifələri və əmək münasibətlərinin tənzimlənməsi sahəsində ümumi hüquqi təminatları;
  Əmək şəraiti, əmək funksiyası və bunların tətbiqini tənzimləyən hüquq normalar;
  İşçilərin və iş yerlərinin attestasiyasının keçirilməsini tənzimləyən hüquq normalar;
  Əmək normaları, əməyin ödənilməsi normaları, qaydaları və təminatları;
  Əmək və icra intizamı;
  Təşkilatın ümumi hədəflərinin işçilərin fərdi hədəflərinə endirilməsi – Xidməti Fəaliyyətin İdarə Edilməsi (XFİE) sistemi;
  Qiymətləndirmə metodları;
  Kompetensiya və KPI əsaslı qiymətləndirmə;
  Fərdi inkişaf planlarının hazılranması və tətbiqi;
  Mükafat və motivasiya tədbirləri sisteminin qurulması – MARS modeli;
  X və Y nəzəriyyələri;
  Daxili və kənar motivatorlar;
  Motivasiyanın növləri;
  Maslownun ehtiyacların iyerarxiyası nəzəriyəsi;
  Herzbergin 2 faktor – 2 nəticə nəzəriyyəsi;
  Gözləntilər nəzəriyyəsi;
  Müqayisəlilik/Nisbilik nəzəriyyəsi;
  Məvacib strukturu və məvaciblər üzrə dərəcələndirmə sisteminin qurulması;
  Mükafatlandırma siyasətləri;
  Məvacib dərəcəsinin müəyyən edilməsi üçün istifadə olunan əmsallar;
  Struktur bölmələrin məvacib strukturu üzrə təsnifatı;
  HAY metodologiyası;
  Ranking metodologiyası;
  Struktur bölmələr üzrə məvacib dərəcələrinin müəyyən edilməsi;
  İşçilərin qiymətləndirilməsi və məvacib strukturuna yerləşdirilməsi;

➡️Təlim detalları:

Başlama tarixi: 14.04.2018
Müddət: 36 saat

➡️Təlimçi: İlkin Zeynallı (CIMA Ad Dip MA, Georgia State University)

İlkin Zeynallı 2005-ci ildə iqtisadiyyat və idarəetmə sahəsi üzrə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində bakalavr dərəcəsini fərqlənmə diplomu ilə, 2007-ci ildə Georgia State University (USA, Atlanta) ilə həmin universitetin birgə layihəsi çərçivəsində biznesin təşkili və idarə edilməsi üzrə MBA dərəcəsini fərqlənmə diplomu ilə, 2008-2010-cu illərdə Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitunda doktorantura təhsilini, 2011-ci ildə isə idarəetmə uçotu üzrə beynəlxalq ixtisaslaşma dərəcəsini (CIMA Ad Dip MA, distinctive pass) almışdır.

İlkin Zeynallı 4 ilə yaxın bir müddətdə neft-qaz sektorunda müxtəlif layihələrdə insan resurslarının idarə edilməsi sahəsində, 10 ilə yaxın bir müddətdə isə bank sektorunda inzibati idarəetmə və insan resurslarının idarə edilməsi sahəsində rəhbər vəzifələrdə çalışmışdır.

Azərbaycan Dövlət İqtisad Universitetində tədris fəaliyyəti ilə də məşğul olan İlkin Zeynallı hal-hazırda ölkənin aparıcı banklarından biri olan “Bank Respublika” ASC-də İnsan Resursları Departamentinin direktoru vəzifəsində çalışır.

 Təlim haqqında ətraflı məlumat üçün ofisimizə yaxınlaşa və ya aşağıdakılardan biri ilə əlaqə saxlaya bilərsiniz:

☎️ +994 12 597 48 05 / 06 (dax. 111)
  +994 55 409 69 03 (Nuranə xanım)
  a.nurana@headstart-international.com

  • Paylaşmağı unutma

Səhr yaz

......