Kompüter təmirini bizimlə öyrənin
MilliByte, kompüterlər ilə bağlı öz peşəkar təmir xidmətini təklif edir. Bizim kvalifikasiyalı mütəxəssislərimiz kompüterlərinizi düzgün diaqnostika edərək mövcud problemləri tez bir zamanda müəyyən edəcəklər. Peşəkar Help Desk komandamız istənilən mürəkkəblikdəki təmir işlərini keyfiyyətli şəkildə və tez bir zamanda həyata keçirəcəklər.
Kompüterlər, ixtisasından asılı olmayaraq hər birimizin həyatının və iş dünyasının ayrılmaz bir parçasına çevrilmişdir. Kompüter istifadəçiləri öz kompüterləri ilə bağlı ara-sıra müəyyən problemlərlə qarşılaşır.
Vazkeçilməz həyat alətinə çevrilən kompüterlərdə meydana gələn problemlər kompüter istifadəçilərini çətin vəziyyətdə qoyur. Adi istifadəçilər bir an öncə bu problemlərin həll olunmasını istəyir. Lakin istifadəçilər bir çox halda qeyri qeyri-peşəkarlara müraciət edirlər. Bu da onunla nəticələnir ki, ya təmir müddəti uzanır, ya da son nəticədə xidmətin keyfiyyəti istifadəçini qane etmir.
Biz, kompüterin və onun yaddaşındakı informasiyanın Sizin üçün nə dərəcədə əhəmiyyətli olduğunu bilirik. Peşəkar diaqnostika apardıqdan sonra kompüterinizin problemlərini çox illik təcrübə əsasında daha dəqiq müəyyən edib həll edə bilirik.
Nəzərinizə çatdıraq ki, təmir xidməti, Sizin istəyinizdən asılı olaraq həm bizim servis mərkəzində, həm də yerində aparıla bilər.
Qeyd: Kompyüterlərin sayından və xidmətlərin aylıq göstərilməsindən asılı olaraq qiymətlərə endirimlər edilə bilər.