“Layihələrin İdarə Olunması” təlimi

“Layihələrin İdarə Olunması” təlimi - 1

“Layihələrin İdarə Olunması” təlimi müasir layihələrin idarə olunmasında bugünkü tələbata uyğun olaraq hər bir təlim iştirakçısının bacarıqlarının artırılması və təlimatlandırması üçün nəzərdə tutulub.

Keyfiyyətli və uğurlu layihənin reallaşdırılması, büdcəyə düzgün nəzarət,vaxtın səmərəli idarə edilməsi və riskləri əvvəlcədən görərək ona qarşı önləm planı hazırlamaq və müəyyən olunmuş standartlarla mümkündür.

Kompleks layihələr üzərində çalışırsınızsa, risklərə nəzarət etmək və səmərəli nəticələrə nail olmaq üçün sizdən layihələrin idarə edilməsində yüksək bacarıq və bilik tələb olunur.

Təlimdə iştirak etməklə layihə planlaması və idarə edilməsində ciddi normativ qayda və prosedurlara əməl etməklə çətin və riskli hallara qarşı zəruri prosesləri öyrənə biləcəksiniz.

➡️KİMLƏR ÜÇÜN NƏZƏRDƏ TUTULUB?

Təlim layihələrlə işləyən istənilən individual şəxslər və ya komanda üzvləri, menecerlər, yeni və texniki struktur biliklərə ehtiyacı olan təcrübəli layihə menecerləri, ümumi dərsləri təkrarlamaq istəyən cari layihə menecerləri üçün nəzərdə tutulub.

➡️TƏLİMÇİ- Anar Rüstəmov (PMP- Project Management Professional)

Anar Rüstəmov Problemlərin həlli, Tədqiqatın aparılması, IT layihələrinin İdarəedilməsi, Sistemlərin analizi, Müəssisə Arxitekturasının qurulması üzrə mütəxəssis, Layihələrinin idarəedilməsi və analizi sahəsi üzrə konsultantdır. 14 il İT sahəsində təcrübəsi var.

Təlimçi haqqında ətraflı məlumat üçün keçidə daxil olun:
https://headstart-international.com/anar-rustamov/

➡️TƏLİM DETALLARI

Keçirilmə tarixi: 05.05.2018
Keçirilən dil: Azərbaycan dili
Təlimin müddəti: 16 saat

Ətraflı məlumat üçün ofisimizə yaxınlaşa və ya aşağıdakılardan biri ilə əlaqə saxlaya bilərsiniz:

madina.r@headstart-international.com

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed