Restoran Biznesi Üçün İngilis Dili kursu

Restoran Biznesi Üçün İngilis Dili kursu - 1

“Restoran Biznesi Üçün İngilis Dili kursu”

Müasir dövrdə yüksək səviyyədə xidmət təklif etmək üçün peşəkar personala ehtiyac var. Heç kim üçün sirr deyil ki, restoran biznesi sahibləri də xarici dildə danışa bilən peşəkar işçi heyətinə üstünlük verirlər.

Bununla əlaqədar olaraq “PİRAMİDA“ Təhsil və Karyera Mərkəzi restoran biznesi mütəxəssisləri üçün “İngilis Dili Kursları” təşkil etmişdir.

Bu kursun məqsədi dinləyicilərdə professional restoran biznesi terminalogiyasından istifadə edərək, elementar danışıq bacarıqlarını inkişaf etdirməkdir.

Kurs zamanı dinləyicilər ingilis dilində tələb olunan söz birləşmələri və ifadələri öyrənərək müştərilərlə ünsiyyət qurmaq vərdişlərinə yiyələnəcəklər.

Bizim müəllimlərimiz sizin “Restoran Biznesi” sahəsi üzrə spesifik və terminaloji söz ehtiyatınızı genişləndirməklə, restoranınıza təşrif buyuran əcnəbilərlə aydın dialoq aparmağınıza yardımçı olacaqlar.

Siz qonaqlara yeməklərin çeşidləri və tərkibi haqqında ətraflı məlumat verəcək, həmçinin ingilis dilində sifarişləri və ödənişləri qəbul etməyi öyrənəcəksiniz.

Bu kurs əsasən restoranlarda menecer, inzibatçı, nəzarətçi, ofisiantlar və müştəri xidmətləri vəzifəsində çalışanlar üçün nəzərdə tutulmuşdur.

“PİRAMİDA” Təhsil Mərkəzinin ünvanı
Füzuli küçəsi 81
( 28 Mall ticarət mərkəzinin sağ girişi ilə üzbəüz)
Əlavə məlumat üçün zəng edin:
(012) 555-19-20 (070) 255-19-20

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed