"Vergi uçotunun əsasları" təlimi

"Vergi uçotunun əsasları" təliminin məqsədi Vergi Məcəlləsinə edilmiş yeni və son dəyişiklikləri nəzərə almaqla vergi əməliyyatlarını qanunvericiliyə uyğun aparmaq, vergilərin hesablanması zamanı işçilərin rastlaşdığı çətinliklərin həll edilməsi üzrə nəzəri və praktiki bilikləri paylaşmaqdır.

Vergilər sahəsində karyerasına başlamaq istəyən, eləcə də bu sahədə öz biliklərini zənginləşdirmək istəyənlər üçün təlim proqramı zəruri tələblərə uyğun hazırlanıb.

Təlimin vergilər istiqamətində zəngin təcrübəyə sahib peşəkar təlimçi tərəfindən aparılması öz nəzəri biliklərinizi daha da təkmilləşdirməyə və təlim zamanı praktiki misallarla vergi əməliyyatlarını daha yaxşı mənimsəmənizə imkan verəcək.

Eləcə də, şəxsi bizneslə məşğul olarkən rastlaşdığınız vergi əməliyyatları üzrə çətinlikləri də asanlıqla bu təlim zamanı öyrəndiyiniz biliklərlə həll edəcəksiniz.

Əldə etdiyiniz biliklər sizin Vergi Qurumları ilə əməkdaşlığınızı asanlaşdıracaq və bəyannəmələrin vaxtında və düzgün doldurulmasına köməklik edəcəkdir.

 Ödənişi tam edən şəxslər üçün Headstart International tərəfindən iştirak haqqına 10% endirim tətbiq ediləcək.

➡️TƏLİM DETALLARI

Ümumilikdə 36 saatdan ibarət olan təlim 12 dərsdən ibarətdir və dərs zamanı 10-15 dəqiqəlik kofe fasiləsi nəzərdə tutulub.

Təlim zamanı iştirakçılar aşağıdakılardan faydalana biləcəklər:

1) 36 saatlıq təlim
2) Tədris vəsaitləri ilə ödənişsiz təmin olunma
3) Praktiki testlər
4) Təkmilləşdirmə testləri
5) Ara imtahanları
6) Sertifikasiya imtahanı
7) İmtahana hazırlıqla bağlı məsləhətlər
8) Ödənişsiz konsultasiya
9) Hissə-hissə ödəniş
10) Tam ödənişə 10% endirim
11) Kofe-breyk

➡️TƏLİMÇİ: ELNUR MƏMMƏDOV

 Maliyyə və Vergi sahəsində böyük təcrübəyə sahibdir
 Hüquq sahəsində magistr dərəcəsi vardır
 EADA Business School of Barcelona –da MBA təhsili
 Beynəlxalq şirkətlərdə mühasiblikdən maliyyə direktoru vəzifəsinə qədər iş təcrübəsi
 2009-cu ildən etibarən PwC-də iş təcrübəsi
 PwC-də Vergi və Hüquq xidmətləri qrupunda Baş Vergi Meneceridir.
 World Bank-ın illik biznes hesabatının hazırlanmasında iştirak 
 Maliyyə sənədləşdirilməsi üzrə beynəlxalq büroyla Azərbaycandakı korporativ vergi mövzusunda Vergilər Nazirliyi ilə əməkdaşlıq etmişdir.

 Ətraflı məlumat üçün ofisimizə yaxınlaşa və ya aşağıdakılardan biri ilə əlaqə saxlaya bilərsiniz:

☎️ +994 12 597 48 05 / 06
  +994 55 409 69 04
  azer.n@headstart-international.com

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed