"Vergi uçotunun əsasları" təliminə qeydiyyat davam edir...

"Vergi uçotunun əsasları" təliminə qeydiyyat davam edir.

Təlimin məqsədi Vergi Məcəlləsinə edilmiş yeni dəyişiklikləri nəzərə almaqla vergi əməliyyatlarını qanunvericiliyə uyğun aparmaq, vergilərin hesablanması zamanı işçilərin rastlaşdığı çətinliklərin həll edilməsi üzrə təcrübə iştirakçılara ötürməkdir.

Vergilər sahəsində karyerasına başlamaq istəyənlər üçün təlim proqramı sizə başlanğıc nöqtə olacaq.Təlimin vergilər istiqamətində zəngin təcrübəyə sahib peşəkar təlimçi tərəfindən aparılması öz nəzəri biliklərinizi daha da təkmilləşdirməyə və təlim zamanı praktiki misallarla vergi əməliyyatlarını daha yaxşı mənimsəməyə imkan verəcək.

Eləcə də, şəxsi bizneslə məşğul olarkən rastlaşdığınız vergi əməliyyatları üzrə çətinlikləri də bu təlim zamanı öyrəndiyiniz biliklərlə həll edə bilərsiniz.

Əldə etdiyiniz biliklər sizin Vergi Qurumları ilə əməkdaşlığınızı asanlaşdıracaq və bəyannəmələrin vaxtında və düzgün doldurulmasına köməklik edəcəkdir.

✅Ödənişi tam edən şəxslər üçün iştirak haqqına 10% endirim tətbiq ediləcək.

➡️TƏLİM DETALLARI

Ümumilikdə 36 saatdan ibarət olan təlim 12 dərsdən ibarətdir və dərs zamanı 10-15 dəqiqəlik kofe fasiləsi nəzərdə tutulub.

Təlim zamanı iştirakçılar aşağıdakılardan faydalanacaqlar:

1) 36 saatlıq təlim
2) Tədris vəsaitləri ilə ödənişsiz təmin olunma
3) Praktiki testlər
4) Təkmilləşdirmə testləri
5) Ara imtahanları
6) Sertifikasiya imtahanı
7) İmtahana hazırlıqla bağlı məsləhətlər
8) Ödənişsiz konsultasiya
9) Hissə-hissə ödəniş
10) Tam ödənişə 10% endirim
11) Kofe-breyk

Təlimin başlama tarixi: 04.02.2018

➡️TƏLİMÇİ: ELNUR MƏMMƏDOV

 

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed