12 qəpiyə ev satılır, amma ki, satanın şərti var ….

12 qəpiyə ev satılır, amma ki, satanın şərti var …. - 1

İsveçin paytaxtı Stokholmdan 160 km məsafədə yerləşən Evle şəhərində, renessans üslubunda böyük bina gülməli qiymətə - cəmi 1 krona (bizim pulla 12 qəpiyə) satılır. Bu barədəfins.azxarici mətbuata istinadən xəbər verir. Lakin evi alacaq şəxs qarşısında onun öz hesabına yenidən qurulması mütləq şərt kimi qoyulub.

Villa Sjötorp adlı malikanə sökülmə təhlükəsi qarşısındadır: "Yeni mülkiyyətçi malikanənin bərpası üçün kifayət qədər vəsait qoymağa hazır olmalıdır - bəlkə, onu xilas etmək mümkün oldu. Belə evi itirmək çox dəhşətli olardı, çünki onu xilas etmək mümkündür, o bizim mədəni sərvətimizin bir hissəsidir", - mülk barədə sosial şəbəkədə verilən elanda bildirilir.

Hazırda bina Evle limanına məxsusdur. Limanın baş direktoruFredrik Svanbombildirib ki, limanın bu tikiliyə daha ehtiyacı yoxdur və həmişə onun sökülməsi istəyib. Kampaniya Evlenin özündə, həm də bütün İsveçdə geniş kütləvi dəstək alıb. 1 krona satılan evə sosial şəbəkədə 500 min dəfə baxılıb, daha 3 min nəfər isə öz profilində bölüşüb. Kampaniyanın təşkilatçısıXelmbek Tirenhesab edir ki, onun populyarlığının sirri 1864-cü ildə tikilən bu obyektin unikallığında gizlənir.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed