-18 dərəcədə donmayan şüşə icad edildi
Soyuq qışın yaxınlaşmasına baxmayaraq, artıq sürücülər öz maşınlarının şüşələrindən buz parçalarını qaşıyıb təmizləmək məcburiyyətində qalmayacaqlar. Volkswagenin mühəndisləri üzərində qırov və buz əmələ gəlməyən avtomobil şüşələri hazırlayıb təqdim ediblər. Bu şüşə Braunşveyqdə yerləşən Fraunqofer İST İnstitutunun alimləri ilə birlikdə ərsəyə gətirilib.
Qızdırılan şüşələrdən fərqli olaraq, üzərlərinə çəkilmiş xüsusi örtüyün fiziki xüsusiyyətləri sayəsində bu yeni şüşələr hətta mənfi 18 °C temperaturda belə buzla örtülmürlər. Yeniliyin sirri isə belədir: adi şüşələrin səthinə indium oksid və qalay elementlərindən çox nazik şəffaf qat çəkirlər və donmayan şüşə hazır olur.
"Biz bu örtüyü Low-E (aşağı səviyyəli istilik yayma)adlandırırıq. O salonda olan istiliyin şüşələrdən keçib çölə çıxmasına imkan vermir. "Biz bu yeniliklə fəxr edirik və onun konsernin istehsal etdiyi bütün avtomobillərdə tətbiq edilməsini sürətləndirəcəyik, çünki donmayan şüşələr müştərilərin rahatlığı baxımından çox böyük üstünlükdür " - Volkswagen-in tədqiqatlar şöbəsindən Tomas Dreşer bəyanat verib.
Low-E-nin elektrik ötürücülü səthi suyun kondensasiya etməsinə imkan vermir və şüşənin səthini soyumaqdan qoruyur. Şüşələr buz örtüyü ilə örtülmür, çünki avtomobildən xaricdə olan soyuq hava ilə daxildəki havanın istilik mübadiləsi ən minimum səviyyəyə endirilir. Beləliklə, aşağı temperaturda şüşələrin səthinin donmasının qarşısı alınır, və yaxud bu proses yavaşıdılır. Ancaq bu prosesdə müəyyən hava şərtləri də mühüm rol oynayır: buludluluq, havanın rütubəti, külək. Hava şərtləri şüşələrin donmasına güclü təsir göstərir. Buna görə də, Tomas Dreşerin sözlərinə görə, Low-E örtüyü buz əmələ gəlməsi və şüşələrin tərləmənin qarşısını tam ala bilməsə də, bu cür halların xeyli dərəcədə əngəlləyə bilər.
Lakin layihələndirmənin indiki mərhələsində bir problem aşkarlanıb: yeni örtük radiodalğaların yayılmasının qarşısını alır, beləliklə də avtomobildə radio dinləməyə və mobil telefonla danışmağa mane olur. Tomas Dreşer isə yaranmış problemi belə şərh edib: "Bu istiqamətdə intensiv işlər aparılır. Donmayan şüşələrin satışa çıxarılmasına hələ bir qədər vaxt qalıb".
Qonaq__56176
cox gozeldir.tewekkurler
very_cleverboy
eladir onda biz antraktidada ev tikib orada hemin suse qoyariq