50 ildən çox orbitdə qalan peykin aqibəti necə oldu?

50 ildən çox orbitdə qalan peykin aqibəti necə oldu? - 1

ABŞ-ın ilk peyklərindən biri, 3 noyabr 1960-cı ildə buraxılan "Explorer 8" elmi peyki orbitdə yarım əsir qaldıqdan sonra çərşənbə günü səhər atmosfer təbəqəsinə daxil olub.
Lent.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, "Explorer 8" ABŞ-da buraxılan səkkizinci kosmik aparatdır.
"Explorer 8" peykinin çəkisi cəmi 40,9 kiloqram olub və ionosferdə 400 km-dən 1,6 min km-dək hündürlükdə elektronların sıxlıq və enerjisinin ölçülməsi üçün nəzərdə tutulub. Bundan başqa, peykin cihazları mikrometeoritləri qeydə alıb. Aparat civə batareyasının qurtarması səbəbindən cəmi 54 gün – 27 dekabr 1960-cı il tarixinədək işləyib. Bu peykdən əldə edilən elmi məlumatlar xüsusilə Yer atmosferində helium təbəqəsini aşkar etməyə imkan verib.
Qeyd edək ki, "Explorer 8" Yer orbitində qalmış ən qədim peyk deyil. ABŞ-ın 17 mart 1958-ci ildə buraxdığı "Vanguard 1" peyki indiyədək kosmosda qalmaqdadır.

  • Paylaşmağı unutma

Yazılmış şəhrlər

apseyn_rzayev

pis deyil

Səhr yaz

......