AppStore-da təhlükəli oldu

AppStore-da təhlükəli oldu - 1

SourceDNA şirkətinin kibertəhlükəsizlik üzrə ekspertləri tərəfindən Apple şirkətinin rəsmi onlayn mağazasında istifadəçilərin şəxsi məlumatlarını oğurlaya bilən 250 zərərli əlavə aşkarlanıb.

Milli.Az ICTnews-a istinadən bildirir ki, Source DNA-nın Apple şirkətinin sonradan təsdiq etdiyi bəyanatına görə, məlumatların gizli toplanılmasını Youmi şirkəti tərəfindən yaradılan proqram təminatı həyata keçirib. Proqram tərtibatçılara məhsullara reklam elanlarının inteqrasiyası üçün lazım olan alətlər paketi şəklində təklif edilib.

Source DNA ekspertləri bildiriblər ki, yoluxdurulmuş əlavələrin müəllifləri proqram təminatının nə üçün nəzərdə tutulmasını başa düşməyə bilərdilər, çünki proqram məlumatları yalnız onu yaradana göndərib.

Öz növbəsində Apple nümayəndələri qeyd ediblər ki, AppStoredakı yoluxdurulmuş əlavələr silinib və proqramın yenilənmiş versiyalarının buraxılışına kömək etmək məqsədilə tərtibatçılarla əlaqə saxlanılıb.
Milli.Az

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed