Arzuolunmaz mesajlardan canımız qurtaracaq

Arzuolunmaz mesajlardan canımız qurtaracaq - 1

Facebook istifadəçiləri artıq tanımadıqları şəxslərə mesaj göndərərkən əvvəlcə mesaj istəyi göndərəcək, bu qəbul edildikdən sonra mesaj yaza biləcəklər.

Milli.Az musavat.com-a istinadən xəbər verir ki, Facebook-da dostunuz olmayan istifadəçilər sizə mesaj göndərdikləri zaman birbaşa mesaj qutusuna gəlmir, bunun yerinə "digər mesajlar" bölməsinə göndərilirdi.

Beləliklə, istifadəçi mesaj alması haqqında bildiriş alaraq, narahat edilmir və özü istədiyi zaman bunu mesaj qutusuna baxırdı.

Ancaq Facebook tətbiq etdiyi son yeniliklə bu bölməni ləğv edərək, əvəzinə "mesaj tələbləri" adlı yeni bölmə açdı.

Bundan sonra dostluq siyahınızda olmayan istifadəçilər sizə mesaj göndərərkən əvvəlcə istək göndərmək məcburiyyətində qalacaqlar. Siz istəklərini qəbul etdiyiniz zaman onların mesajlarını ala biləcəksiniz.

Beləliklə, istifadəçilər arzu etmədikləri mesajları görmək məcburiyyətində qalmayacaqlar və bu, onların razılığından asılı olacaq.

Milli.Az

  • Paylaşmağı unutma

Yazılmış şəhrlər

Qonaq__14534023

Bakı

Qonaq__14664083

elaaaaaaaaaaaaaaaaaa

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed