Azərbaycanda ən populyar (çox satılan) 100 kitab hansılardır

Azərbaycanda ən populyar (çox satılan) 100 kitab hansılardır - 1
Qanun” Nəşrlər Evi 2014-cü ilin hesabatı əsasında ən çox satılan 100 kitabın siyahısını tərtib edib. Lent.az-ın məlumatına görə, bu barədə “Qanun” Nəşrlər Evinin rəhbəri Şahbaz Xuduoğlu Facebookda məlumat yayıb.
Ş.Xuduoğlunun sözlərinə görə, yüzlükdəki kitablar arasında fərdin şəxsiyyət kimi formalaşması, zehni inkişafı və işgüzar qabiliyyətlərinin artırılmasına dair nəşrlər ilk sıraları tutur. Siyahıda bundan sonrakı yerləri bədii ədəbiyyatın müxtəlif janrlarına aid bestsellerlər tutur. “Ən çox satılanlar” arasında fəlsəfi nəşrlər və siyasi publisistika də azlıqda deyil.
2014-ün 100 ən çox satılan kitabı bütünlüklə xarici ədəbiyyatdan ibarətdir. Tərcümələr arasında bəzən eyni müəllifin (Paolo Koelyo, Xalid Hüseyni, Aqata Kristi, Den Braun və s.) bir neçə kitabını görmək mümkündür.
Siyahıda ABŞ, İngiltərə, Rusiya, Türkiyə və digər ölkələrin oxuculara yaxşı tanış olan məşhur yazıçılarının adlarına rast gəlmək olar. Lent.az ən çox satılan 100 kitabın siyahısını təqdim edir:
1 Mümin Sekman “Hər şey səninlə başlar”
2 Robert T. Kiosaki, Şeron L. Lester “Varlı ata kasıb ata”
3 Oşho “Qadınların kitabı”
4 Deil Karnegi “Dostları necə qazanmalı və insanlara necə təsir etməli”
5 Paulo Coelho “Kimyagər”
6 Robert Qrin “Hakimiyyətin 48 qanunu”
7 Ronda “Bern Sirr”
8 Oşho “Kişilərin kitabı”
9 Mark Levi “Bir-birimizə demədiyimiz sözlər”
10 Dan Broun “Da Vinçi şifrəsi”
11 Paulo Koelyo “On bir dəqiqə”
12 Napoleon Hill “Düşün və varlan”
13 Xalid Hüseyni “Çərpələng uçuran”
14 Fridrix Nitşe “Zərdüşt belə deyirdi”
15 Andrey Sizov “Uğurlu satış”
16 Paulo Koelyo “Veronika ölməyə qərar verir”
17 Pyer Dukan “Mən arıqlaya bilmirəm”
18 Qabriel Qarsia Markes “Yüz ilin tənhalığı”
19 Con Steynbek “Siçanlar və adamlar”
20 Frederik Beqbeder “Məhəbbət üç il yaşayır”
21 Sesilia Ahern “P.S. Mən səni sevirəm”
22 Rolf Dobelli “Məntiqli düşünmə sənəti”
23 Ceyn Ostin “Qürur və Qərəz”
24 Mark Levi “Bəlkə də bu, həqiqətdir”
25 Əlif Şəfəq “Eşq”
26 Aqata Kristi “Mavi qatarın sirri”
27 Corc Cordaq “İmam Əli”
28 Aqata Kristi “Qara qəhvə”
29 Jostein Gaarder “Sofinin Dünyası”
30 Fyodor Dostoyevski “Cinayət və Cəza”
31 Etel Lilian Voyniç “Ovod”
32 Xalid Hüseyni “Min möhtəşəm günəş”
33 Artur Konan Doyl “Şerlok Holms”, “Şerlok Holmsun macəraları”, “Qorxu vadisi”
34 Dan Broun “İtirilmiş simvol”
35 Alber Kamyu “Yad”
36 Aqata Kristi “Əlifba sırası ilə qətl”
37 Patrik Züskind “Ətriyyatçı”
38 Mark Levi “Haradasan”
39 Martin Paj “Mən necə idiot oldum”
40 Joe Vitali “Açar”
41 Nikolas Sparks “Sevgili Con”
42 Aqata Kristi “Qolf meydançasında qətl”
43 Səbahəddin Əli “Xəz paltolu madonna”
44 Dan Broun “Cəhənnəm”
45 Corc Oruell “1984”
46 Dan Broun “Yalan nöqtəsi”
47 Xalid Hüseyni “Və dağlardan səda gəldi”
48 Fridrix Nitsşe “Antixrist”
49 Corc Oruell “Heyvanıstan”
50 Susana Tamaro “Ürəyinin apardığı yerə get”
51 Paulo Koelyo “Rio-Pyedranın sahilində oturdum və ağladım”
52 Yuliya Qippenreyter “Uşaqla necə ünsiyyət qurmalı”
53 Sesellia Ahern “Xatirələr üçün təşəkkürlər”
54 David Nikholls “Bir gün”
55 Stefan Kinq “Yaşıl Mil”
56 Mustafa Kılınc “Qadın nə istəyir? Kişi nə verir?”
57 Aqata Kristi “Böyük dördlük”
58 Dan Broun “Mələklər və İblislər”
59 Haruki Murakami “Norveç meşəsi”
60 Varis Dirie “Səhra çiçəyi”
61 Frans Kafka “Məhkəmə”
62 Aqata Kristi “Staylzda müəmmalı hadisə”
63 Artur Konan Doyl “Şerlok Holmsun macəraları” (“Dördlərin işarəsi”)
64 Stiv Harvi “Qadın kimi davran, kişi kimi düşün”
65 Aqata Kristi “Puaro istintaq aparır”
66 Knut Hamsun “Aclıq”
67 Artur Konan Doyl “Şerlok Holmsun macəraları” (“Al-qırmızı etüd”)
68 Cudit Maknot “Sənsizlik”
69 Orxan Pamuk “Masumiyyet muzeyi”
70 Verner Mazer “Adolf Hitler”
71 El Ceyms “Bozun əlli çaları”
72 Əhməd Batmanr “Səhər yuxum”
73 Elizabet Gilbert “Ye, dua et, sev”
74 Pərinuş Sənii “Mənim payım”
75 Orxan Pamuk “Səssiz ev”
76 Orxan Pamuk “Atamın bavulu”
77 Aqata Kristi “Şərq Ekspresi”ndə qətl”
78 Viktor Hüqo “Səfillər”
79 Aqata Kristi “Rocer Ekroydun qətli”
80 Cek London “Martin İden”
81 Barbara De Anjelis “Hər bir Qadının Kişilər haqqında bilməli olduğu Vacib Sirlər”
82 Lourens Lokkart “Nadir şah”
83 Aqata Kristi “Endhauzun sirri”
84 Dan Broun “Rəqəmsal qala”
85 Jeffrey J.Fox “Necə böyük rəhbər olmalı”
86 Fyodor Dostoyevski “Qumarbaz”
87 Paulo Koelyo “Zahir”
88 Anna Frank “Gündəlik”
89 Aqata Kristi “Buludların üzərində ölüm”
90 Çarlz Bukovskiy “Qadınlar”
91 Erix Fromm “Sevmək sənəti”
92 Erix Fromm “Sevmək sənəti”
93 Mario Pyuzo “Xaç atası”
94 Qurban Səid “Əli və Nino”
95 Malkolm Gladwell David və Qoliaf Autsayderlər, “Talesizlər və Nəhənglərə qalib gəlmə sənəti”
96 Frans Kafka “Vəsiyyət”
97 Zbiqnev Bjezinski “Böyük şahmat taxtası”
98 Corc Armstronq Rothschild “Pul imperatorluğu. Dərin yəhudi dövləti”
99 Dino Bussati “Tatar çölü”
100 Bernhard Şlink “Qiraətçi”

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed