Azərbaycanda ən qədim soyadları hansılardır?

Azərbaycanda ən qədim soyadları hansılardır? - 1
Müasir Azərbaycan soyadlarının yaranması XX əsrin əvvəllərinə, daha dəqiq desək, sovet hakimiyyətinin qurulduğu ilk illərə təsadüf edir. Hələ XIX əsrdə azərbaycanlıların antroponimik modeli əsas adlardan və ata adlarından ibarət idi. Kişilərdə ata adına “oğlu” və ya “zadə” (oğlu) əlavə olunurdu. Məsələn: İbrahim Səttar oğlu, Ziya Nəcəfzadə və s. Qadınlarda isə “qızı” əlavə olunurdu. Məsələn: Reyhan Qurban qızı və s.
Bu cür soyadlar, əsasən, xüsusi imtiyazlara malik olan sinfin nümayəndələrinə şamil edilirdi. Elə sovet Azərbaycanı yaradılarkən də bu adamlara ilk olaraq soyadları verilmişdir. Sadə adamlarda isə hələ uzun müddət ikitərkibli antroponimik model saxlanılmışdır. Belə ki, sadə adamlarda fərqləndirmək və tanıtmaq üçün ada ləqəblər qoyulması modeli mövcud idi. Məsələn: Keçəl Məmməd, Çolaq Əhməd, Uzun Qasım və s...
İlk azərbaycanlı soyadları ata, baba adlarından ibarət olurdu və bu adlara yalnız “oğlu” və ya “qızı” sözləri əlavə olunurdu. Belə adlara indi də rast gəlinir. Məsələn: Əliağa Səlimzadə və ya Cəfəroğlu, Səfəroğlu, Ramazanzadə və s... Amma sovet hakimiyyətinin ilk illərində Azərbaycanda “ruslaşmış soyadlar” variantından istifadə olunmağa başlandı. Misal olaraq: Səmədov, Qasımov, Mansurov, Vəzirov və s...
Baxmayaraq ki, əksəriyyət azərbaycanlı soyadları patronimlərdən ibarətdir, bəzi hallarda peşələrlə bağlı olan soyadlara da rast gəlinir. Məsələn: Vəkilov, Həkimov və s... Bəzi hallarda isə soyadlarda “xan” və “bəy” sözləri də əlavə olunur. Bu da soyadı daşıyanın yüksək statuslu nəsildən olduğunu bildirir. Buna Talışxanov, Qubaxanov, Şəkixanov və s. soyadarı misal göstərmək olar. Bakıxanov soyadı da bu soyadı daşıyanın Bakı xanı nəslindən olduğunu biruzə verir.
Azərbaycanlı soyadları ölkədən kənarda da geniş yayılmışdır. Belə ki, Gürcüstan Ədliyyə Nazirliyinin Vətəndaşların Qeydiyyat Reestri Agentliyinin verdiyi rəsmi məlumatlara əsasən, Gürcüstanda yaşayan azərbaycanlı soyadlarından ən çox yayılanı Məmmədov (25.968 nəfər) və Əliyev (17.605 nəfər) soyadlarıdır.
2013-cü ilin mart ayından Azərbaycan Ədliyyə Nazirliyinin qərarı ilə azərbaycanlı soyadları öz kökünə qaytarılmışdır. Belə ki, soyadlara “zadə”, “oğlu” və “qızı” sonluqlarının əlavə olunması rəsmiləşdirilmişdir. Burada da, əsas məqsəd ərəb, fars və türk köklü soyadların sonluqlarının rus soyadı sonluqları olan “ov”, “yev”dən fərqləndiyini göstərməkdir.
Azens.az
Jalə Orucova

  • Paylaşmağı unutma

Yazılmış şəhrlər

Qonaq__11254981

Siz o soyadlarin siyahisini yaza bilersiz?

samavar

mence indiki soyadlar daha menalidi kecmiwdekilere nisbeten

nilka02

Aaa maraqlidi:)

Qonaq__8238308

əəəəəəəəəəllllllllllllaaaaaaaaaaaa

Qonaq__11409334

Burada çöz fikirleri bilmirdim. Aferin şagird. İnfoya

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed