Bakıda 780 metr uzunluğunda tunel tikilir

Bakıda 780 metr uzunluğunda tunel tikilir - 1

Lent.azverdiyi xəbərə görə,Ziya Bünyadov prospektinin Müzəffər Nərimanov küçəsi ilə kəsişməsində tunel tipli yol ötürücüsündə işlər tərtib olunmuş qrafik əsasında gedir.
3 gediş və 3 gəlişdən ibarət olacaq tunelin uzunluğu 780 metr, eni 26,5 metr, hündürlüyü 5,5 metr, qapalı boyu isə 300 metr təşkil edir. Eyni zamanda layihə çərçivəsində ümumi uzunluğu 1746 metr olan Müzəffər Nərimanov küçəsində əsaslı təmir işləri həyata keçirilib. Küçə boyu kommunikasiya xətləri dəyişdirilib, işıqlandırma sistemi yenidən qurulub, aşınma qatı istisna olunmaqla asfalt-beton işləri başa çatdırılıb. Hazırda tikintisi həyata keçirilən tuneldə svayların vurulması, istinad divarının və tunelin qapalı hissəsinin tikintisi işləri həyata keçirilir.
Tikintisinə 2011-ci ilin yanvar ayından başlanılan tuneldə işlərin təxminən 60%-i yerinə yetirilib. Layihənin 2013-cü ildə başa çatdırılması planlaşdırılır.

  • Paylaşmağı unutma

Yazılmış şəhrlər

Qonaq__80850

yaxsi fiikirdi ama gedib gelmek cetindi

Ziya_

eledi elaaa

Səhr yaz

......