Banqladeşdən 130 dollarlıq noutbuk sifariş edin
Kompüterlərin geniş yayıldığı bir zamanda hər 10 nəfərdən birində noutbukun olması adi bir haldır. Bu kompüterlərin üstünlüyü onların portativ olması və az yer tutmasıdır. İş adamları üçün bu çox vacibdir. Puldan da bahalı olan vaxtlarını yol tıxaclarında keçirən iş adamları noutbuklardan istifadə edərək mənfəət əldə etməyə çalışır. Demək olan ki, bütün böyük şəhərlərdə Wi-Fi sistemləri hər yerdə quraşdırılıb və ya müxtəlif şirkətlər mobil internet datakartlar təklif edir. Amma noutbookların qiymətləri isə hələ yetərincə bahadır ki, sadə insanların əksəriyyəti onları ala bilinsin. Bunu nəzərə alaraq bəzi ölkələrdə kampaniyalar keçirilir.
BBC-nin verdiyi xəbərə görə, Banqladeşdə dünyadaən ucuz hesab edilə biləcək yerli istehsal olan noutbuk təqdim edilib. Doel adlandırılmış model ölkənin baş naziri Şeyx Hasin tərəfindən nümayiş etdirilmişdi. Bu model Banqladeşdə istehsal edilmiş ilk noutbukdur.
Dövlət şirkəti Telephone Shilpa Sangstha noutbukun dörd versiyasını buraxmağı planlaşdırır. Ən sadəsinin qiyməti cəmi 130 dollar olacaq. Xəbərdə onu da qeyd edirlər ki, noutbuk Android əməliyyat sistemi əsasında işləyəcək.
Noutbookun baza versiyası 10,1-düyməlik (1024x600 piksel) ekrana, VIA 8650 (800 MHs) prosessora, 512 MB əməliyyat yaddaşa, veb-kameraya malik olaraq Wi-Fi-yıda dəstəkləyəcək.
professor_Xalid
o noutbuk banqladesden Azerbaycana gelene kimi bizim qebrimiz noutbuk formasinda olar.
Doktor_Ali
gomrukde hemin pula getirib cixardacaqlar
Qonaq__509023
Lazim deyil mence.
Farhad_J
boyreksiz adama oxsayir bu