Bir anda qanın qrupunu təyin etmək artıq mümkündür

Bir anda qanın qrupunu təyin etmək artıq mümkündür

Avstraliyanın Monaş universitetinin əməkdaşı Qil Garniye (Gil Garnier) və onun kolleqaları qanın qrupunu və rezusunu təyin edən ilk test zolaqları yaradıblar. Bu üsulun əsas üstünlüyü ondan ibarətdir ki, o qan testini bir anda təyin edir və onun qiyməti 10 sentdən azdır.

Xəstənin və ya xəta almış insanın qan qrupunun təyini həkimlər üçün çox əhəmiyyətlidir, ancaq belə analizlər adətən laboratoriyalarda aparıldığından, çox uzun çəkir və heç də ucuz deyil. Amma belə bir üsulun olması bu cür problemləri aradan qaldırır və bu da həmin insanın həyatının bir az tez təhlükədən azad olmasına səbəb ola bilər.

Yeni alətin zolaqlarının mərkəzinə bircə damla qan damdıqdan sonra qan zolaqlar üzərində yayılmağa başlayır, daha sonra zolaqların üzərində olan anticisimlərlə reaksiya girir və tam uyğun olanının üzərində dayanır. Hər bir zolaqdan alınan məlumata görə xəstənin qan qrupu və qan rezusu təyin edilir.
İxtiraçılar bu üsulun əsasən inkişaf edən ölkələrdə istifadəsini nəzərdə tuturlar.
Bu üsulun mükəmməl olması üçün hələ bir az vaxt və təcrübələr aparmaq lazımdır.
Bizim tərəfimizdən sadəcə ixtiraçılara uğurlar arzu etmək qalır.

  • Paylaşmağı unutma

Yazılmış şəhrlər

Qonaq__20838

ela

telebe222

yaxwidida bundan sonra her kes oz qan qrupunu bilecek

aytenayten1

1+

Qonaq__421540

əladı maraqlıdı

Yoyo

yuh bircə bu qalmışdı bunu da icad elədilər afərin

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed