Britaniya şirkəti «ağıllı» tabut təqdim edib
«Perfect Choice Funerals» şirkəti daxili ekran və kolonkalara malik "ağıllı" tabutun konsepsiyasını təqdim edib.
«ICTnews.az» saytı «gazeta.ru» saytına istinadən yazır ki, şirkətin nümayəndəsinin fikrincə, «Coffin of the Future» ("Gələcəyin tabutu") yüksəktexnologiyalı dövrə uyğunlaşmalıdır. Tədqiqatın nəticəsinə görə, insanlar çox vaxt dəfndə iştirak edə bilmirlər, ancaq «ağıllı» tabut konsepsiyası mərhumla virtual vidalaşmağa imkan yaradacaq. Tabutun konsepsiyası dünyasını dəyişmiş şəxsin şəklindən ibarət displey, həmçinin onun sosial şəbəkədəki səhifəsini əks etdirən ekrandan ibarətdir. Bundan başqa, tabut kolonkalarla təchiz ediləcək ki, mərhumun sevimli musiqisini səsləndirə bilər. Tabut, həmçinin rəngi dəyişdirən işıqlandırma ilə təchiz ediləcək.
Bununla belə, "ağıllı" tabutun torpağa basdırılması ilə bağlı məlumat yoxdur. Bu halda ekologiya tərəfdarları bu ideyaya qarşı çıxış edə bilər, çünki texniki içlik, məsələn, displey zərərli maddəyə malikdir və bu, torpağa qarışa bilər.
Emil Hüseynov
Məryəm_Əlizadə
Kimdi bu ağilli tabutu alan? Nəyə lazimdi ölmuş bədəni ağilli tabuta yerləşdirsinlər? Ölmüş bədən elə pis başa düşülməsin `Zibil` kimi bir şeydi.
Mənasız ixtradi. Ağilli tabutda cixdi ölmədim bunuda gordum.