Bu insan yemək yeyir ki, pul qazansın..
Cənubi Koreyada yaşayan bu gənc çox qəribə işlə məşğuldur. Məsələ burasındadır ki, internetdə Eodyd ləqəbi ilə tanınan bu şəxsin işi kamera qarşısında oturub qarşı tərəflə virtual formada yemək yeməkdən ibarətdir.
Onun hər gün bir neçə saat iştahla nahar və ya şam etməsi internetdə onlayn şəkildə yayımlanır. Bu zaman gənc oğlanın yemək yeməyinə minlərlə insan öz fərdi kompüterindən və ya internet klublarından tamaşa edir. Bunun müqabilində isə qarşı tərəfdə oturanlar Cənubi Koreyalı gəncə sonradan həqiqi pula çevirə biləcəyi virtual şarlar göndərirlər. O, bu yollala 250 min dollara yaxın qazanc əldə edib. Onlayn yemək yemək nümayişindən xeyli gəlir əldə edən gənc başqa bir işdə çalışmağa ehtiyac belə duymur.
Qeyd edək ki, Eodyd ləqəbli gənc kimi internetdə yemək yeməklə pul qazananların sayı Koreyada artıq 3500 nəfərə çatıb. Bu işin bu qədər məşhurlaşmasına səbəb isə Cənubi Koreyada evdə tək yaşayanların sayının son vaxtlar çoxalmasıdır. İnsanlar evdə tək yemək yeməkdənsə virtual masa yoldaşı ilə göz-gözə oturub şam etməyi daha məqbul sayırlar.
Qonaq__15195830
men bu isle mesqul olmagi meqbul saymiram