Bu ixtiranın köməyi ilə insanlar robot kimi idarə olunacaq
Amerikalı alimlər inkişaf etdirdikləri bir implant sayəsində siçanların hərəkətlərini uzaqdan idarə edərək nəzarəti ələ alıb.
Washington Universiteti beynin dərinliklərindəki neyronların quruluşunu və hərəkətini anlamaq üçün dərmanları birbaşa toxumaya yerləşdirərək uzaqdan idarə edərək nəzarət edən beyin implantı hazırlayıb.
Laboratoriyada sınaqdan keçirilən implantlar siçanlarının beyinlərinə yerləşdirilib. Sınaq uğurlu alınıb. Siçanları uzqdan idarə etmək mümkün olub. Gələcəyin tibb elmi üçün çox əhəmiyyətli irəliləyiş olan ixtira "Journal Cell" jurnalında nümayiş olunub. Bu ixtiranın sayəsində gələcəkdə ağrı, depressiya, dərman asılılığı kimi narahatlıqların qarşısı alınacaq. Mayenin işıqla ötürülməsini təmin edən texnologiyanın istifadə edildiyi araşdırmada, insan saçının həcminin onda biri kiçikliyində bir implant hazırlanıb..
Bu qədər kiçik cihazlar gələcəkdə , alimlərə və tibbə çox böyük bir töhvələr verəcək.
Ülviyyə İNŞALLAH
Qonaq__12554513
bele olsa sevinerik. mence bele olsa bezi caresiz xesteliklerin dermani tapilar. bu da biz insanlar ucun cox boyuk ugur olar. insallah.
kimyasever
bunu mən kəşf edəcəkdim axı;)
Qonaq__12945397
Bizim üçün gələcək deyə bir şey yoxdur. Artıq Robotlar insanları tam olaraq əvəz edir. Gələcəkdə yer üzündə insanları robot əvəz edəcək və sonda da robotu quraşdıran Alimləri də Robota yüklənən "beyinlər" ilə siləcəklər.