Bu qurğu sizi qida zəhərlənməsindən xilas edəcək

Bu qurğu sizi qida zəhərlənməsindən xilas edəcək - 1

Koreya Qabaqcıl Texnologiyalar İnstitutunun (KAIST) tədqiqatçıları bakteriyalarla yoluxdurulmuş qidanın lazer vasitəsilə müəyyənləşdirilməsi metodunu hazırlayıblar.

“ICTnews” Elektron Xəbər Xidməti “N+1” resursuna istinadən yazır ki, mütəxəssislər bakteriyaların yoluxdurulmuş səth üzərində hərəkət edərək insan gözü ilə görünməyən iz buraxması faktına diqqət yetiriblər. Onlar səth üzərinə işıq salaraq işıq ləkəsinin bakteriyaların qamçılarının hərəkətinə görə azca dəyişməsinin şahidi olublar. Çoxlu bakteriyaların olduğu soyuducuda yoluxmanın müəyyənləşdirilməsi üçün lazer və adi kamera kifayət edir. Belə ki, qeydə alınan kadrları işıq ləkəsinin dəyişməsini müəyyənləşdirmək üçün bir-biri ilə müqayisə etmək lazımdır.

Eksperimentdə həm təzə, həm də "Escherichia coli” və “Bacillus cereus” bakteriyalarına yoluxmuş toyuğun döş hissələrindən istifadə edən alimlər nəticədə müxtəlif bakteriya tiplərini müəyyənləşdirməsələr də, təzə ərzaqları bayat ərzaqlardan seçməyə nail olublar. Mütəxəssislərin sözlərinə görə, yekunda üsul məhsulun təzəliyini tez, yalnız ümumi qida üçün yararlılıq anlayışında müəyyənləşdirməyə imkan verir. Daha dəqiq nəticələr əldə etmək üçün, heç şübhəsiz, laboratoriyaya müraciət etmək tələb olunur.

Hazırda qida məhsullarında təhlükəli mikroorqanizmlərin müəyyənləşdirilməsi üçün daha geniş yayılmış üsullar laboratoriya şəraitində analizləri nəzərdə tutur ki, bu da prosesin uzun müddət çəkməsi və qiymətin baha olması səbəbindən gündəlik istifadə üçün əlverişli hesab olunmur. Yeni üsul mürəkkəb avadanlıq tələb etmir, lazer və kamera isə adi soyuducuda quraşdırılmaqla ev sahiblərini qida üçün yararsız məhsullar barədə xəbərdar edəcək. Həmçinin oxşar nəzarət sistemi istehsal xətlərində istifadə oluna bilər.

Nizam Nuriyev

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed