Bu sxemlərdən uzaq olun, partlaya bilər!!
«Xerox PARC» elmi-tədqiqat mərkəzinin hazırladığı mikrosxem əmrlə bir çox kiçik hissələrə parçalanır.
«ICTnews.az» saytı «interfax.ru» saytına istinadən yazır ki, yeni həll “Wait, What?” forumunda təqdim edilib.
Mikrosxem «Gorilla Glass» möhkəm şüşəsindən hazırlanıb və mühüm məlumatın saxlanılması üçün nəzərdə tutulub.
Bu həllər həm müdafiə sahəsində, həm də kommersiya sektorunda tətbiq edilə bilər, çünki əmrlə informasiyanı daşıyıcı ilə birgə məhv etməyə imkan verir.
Emil Hüseynov