Canlıların kütləvi məhvinə səbəb bu dəfə nə olacaq?
Yer kürəsində canlı orqanizmlərin kütləvi tələfatı gözlənilir. Bioloq alimlər hesab edir ki, canlıların ölümünün 6-cı dalğası artıq başlayıb və faunanın məhvində insanlar günahkardır.
Beynəlxalq tədqiqat qrupunun məlumatına görə, bu dövr zamanı köpək balıqları, mollyusk, mərcan, şirin suda yaşayan balıqların 30 faizi və həmçinin, nadir növ quşların 17 faizi məhv olma təhlükəsi ilə üzləşəcək. Alimlər qeyd edir ki, ölümcül dövr zamanı planetə üz verəcək dəqiq itkilər barədə nəsə danışmaq mümkün deyil. Istənilən halda, tələfat ciddi olacaq və planetin canlı oqranizminin balansına təsir edəcək.
Amerika Birləşmiş Ştatlarının Yel universitetinin alimlərindən olan təşkilatçılardan biri Yelizabet Kolbert qeyd edir ki, bu dəfə faunanın məhvində insanların yer kürəsindəki fəaliyyəti rol oynayacaq. Onun fikrincə, gələcəkdə silisilə
təbii kataklizmlərə səbəb məhz antropogen amillər olacaq. Bioloqlar xatırladır ki, Yer kürəsində həyatın yaranışından bu yana canlıların 5 belə ölüm dövrü yaşanıb. İlk ölüm dalğası təxminən 450 milyon il əvvəl baş verib. Sonuncu isə 33 milyon il əvvəl.
ATV
Qonaq__18212931
Allah qorusun