Cənubi Koreyada virtual supermarket fəaliyyətə başlayıb

Cənubi Koreyada virtual supermarket fəaliyyətə başlayıb - 1

Ailə büdcəsinin böyük bir hissəsi qida və məişət məhsullarına xərclənir. Bunları asanlıqla supermarketə gedərək bir yerdən almaq mümkündür. İnternet alqı-satqısının inkişaf etdiyi və evə çatdırılma servisini edən firmaların mövcud olduğu zamanda, bunu etməyə ehtiyac yoxdur. Cənubi Koreyalı alıcılar isə yeni bir servisdən istifadə etməyə başlayıb.
Artıq Cənubi Koreyalı alıcıların qiymətli vaxtlarını mağazada alış-veriş etmək üçün xərcləməyə sərf etmələrinə gərək yoxdur. Hətta kompüter arxasında oturub alınacaq malları seçmək də lazım deyil. Tesco Homeplus şirkəti meqapolisin əhalisinin xoşuna gələcəyi gözlənilən yeni sistem təqdim etdi – "virtual super market".

Cənubi Koreyada virtual supermarket fəaliyyətə başlayıb - 2

Tesco, metro stansiyalarında ərzaqların şəkilləri və müvafiq QR-kodları göstərilən xüsusi vitrinlər quraşdırmaq qərarına gəlib. Alıcı isə yalnız smartfon vasitəsilə almaq istədiyi məhsulun kodunun şəklini çəkməli və sifariş verməlidir. Designboom-a görə, məhsullar bir gün ərzində evə çatdırılacaqdır.
Əgər bu növ supermarket Bakıda fəaliyyət göstərsə, çox vaxt keçməz ki, müflis olar. Burada alıcılar real olmayan, yəni öz əlləri ilə hiss edə bilmədikləri, heç bir şey almaz.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed