Çində dünyanın ən yüksək və ən möhtəşəm binalarından biri tikəcək
Adrian Smith + Gordon Gill Architecture şirkəti dünyada yüksəkliyinə görə 4-cü olacaq binanın dizaynının hazırlanması müsabiqəsində qalib elan olunub. Binanın hündürlüyü 606 m olacaq. Wuhan Greenland Center adlı göydələn Yanszı və Xanşuy çayları yanında Uhan şəhərində tikiləcək.
Binada 119 mərtəbə nəzərdə tutulub. Mərkəzdə yerləşən ümumi sahə təxminən 300 min kv m2 təşkil edəcək. Onlardan 200 min m2 ofis kimi istifadəyə veriləcək. 50 min m2 - yaşayış sahəsi kimi nəzərdə tutulub. Qalan təxminən 45 min m2 sahədə isə 5 ulduzlu mehmanxana yerləşəcək. Binanın inşasının bu yay başlanaraq 5 il ərzində bitirilməsi planlaşdırılır.
Doktor_Ali
onu necə tikəcəklər 5 ilə külək,yağış kranı aşırmaaaaaaaaaaaaaz?
Liliana
Tewekkurler.Cox gozeldir.