Elektrik vertolyot havaya qalxdı

Elektrik cihazların geniş istifadə miqyası və elektrik enerjisinin asan üsullarla istehsalı daha da yaradıcı fikirlərin yaranmasına gətirib çıxarır. Demək olar ki, hər bir maşın istehsalçısı öz elektrik avtomobilini yaradıb. Amma elektrik vertolyotu...........

Elektrik vertolyot havaya qalxdı - 1

Gizmag-ın yazdığına görə, fransalı mühəndis Paskal Kreten tamamilə elektriklə işləyən vertolyot yaradıb və onun hava qalxmasına nail olub. Sınaq uçuşu zamanı yeni ixtira 1 metr hündürlükdə 2 dəqiqə 10 saniyə havada asılı vəziyyətdə durmaqla yeni dünya rekordu vurub.

Elektrik vertolyot havaya qalxdı - 2

Elektrik vertolyot yüngül alüminium çərçivəsindən ibarətdir. Pərlərin fırladılması sabit cərəyan mühərriki tərəfindən təmin olunur. Mühərriki 160 Vt•s/kq enerji sıxlığı olan litium-polimer akkumulyatoru qidalandırır.

Elektrik vertolyot havaya qalxdı - 3

İxtiraçı uçuşun müddətini 12 dəqiqəyə və uçuş hündürlüyünü 4 metrə qədər çoxaltmaq fikrindədir.

Elektrik vertolyot havaya qalxdı - 4
Elektrik vertolyot havaya qalxdı - 5

Öz tələfimizdən ona sadəcə uğurlar və yeni nailiyyətlər arzu edə bilərik.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed