Elektron məktub göndərərkən bir hərf səhvi nəyə səbəb ola bilər?

Elektron məktub göndərərkən bir hərf səhvi nəyə səbəb ola bilər?

İnternet istifadəyə verilməzdən əvvəl, insanlar bir-birinə məktubları yazarkən qarşı tərəfin onun məktubunu məsafədən və poçt xidmətindən asılı olaraq 1-40 günə və ya daha gec ala biləcəyini fikirləşərdi. İndi isə mobil telefon var və ona heç bir ehtiyac qalmır. Sadəcə nömrəni yığır və lazım olan informasiyanı digərinə çatdırırsınız. SMS və MMS servisləri insanlara bir-biri ilə daha fərqli üsulla ünsiyyət qurmağa imkan yaradır. Müasir insanların həyatında elektron poçtun yeri danılmazdır. Əgər kiməsə lazımi fayl və ya informasiyanı göndərmək istəyirsinizsə, onda sadəcə həmin şəxsin elektron ünvanını bilməyiniz yetər. Amma elektron ünvanı yazarkən səhvə yol versəniz, məktubunuz tamam başqa bir insana gedə bilər. Baxın görün elektron ünvanda bir hərf səhvi nəyə gətirə bilər.....
Nyu York küçələrinin qarla örtülü olduğu bir vaxt ikisi də Amerikanın müxtəlif hissələrində işlə bağlı səfərdə olan bir ər-arvad havaların isti olduğu Floridada görüşüb iki-üç gün dincəlmək qərarına gəlirlər. Kişi Floridaya bir gün tez çatır və ertəsi gün üçün oteldə yer ayırır. Bu mövzuda həyat yoldaşına bir elektron məktub yazır. Yalnız xanımının elektron ünvanının yazılışında bir hərf səhv buraxdığı üçün məktub əri bir gün öncə vəfat etmiş yaşlı bir qadına gedir.

Məktubu alan qoca qadın da kompüterin ekranından məktubu oxuyur və qorxunc bir səslə qışqırıb özündən gedir. Onsuz da matəm içində olan qadının bu qışqırtısını eşidən ailə üzvləri onun otağına girirlər. Hamı yerdə huşsuz halda uzanmış qadına kömək etmək üçün əlindən gələni edir. Özünə gələndən sonra ondan nə olduğunu soruşanda kompüterin ekranını göstərir.
Ekranda isə belə bir yazı yazılmışdı:
"Əzizim, bu gün mənzil başına çatdım. İlk olaraq, sabah sənin gəlmən üçün lazım olan bütün hər şeyi hazırladım. Sonra da mənim üçün ayrılmış yerə getdim. Buralar doğrudan da, dedikləri kimi çox istidir. Sənin üçün darıxıram və həsrətlə yolunu gözləyirəm."
  • Paylaşmağı unutma

Yazılmış şəhrlər

Doktor_Ali

Həqiqətən olubsa çox kədərlidir.Həmdə qoca qadın ərinin cəhənnəmə getdiyini və onunda gəlməsini istədiyini başa düşür və çox qorxur.

very_cleverboy

maraqli deyil

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed