Ən çox dərinliyə enə bilən batiskaf harada yaradılıb?
Çin Gəmiçilik Elmi-Tədqiqat Mərkəzi (China Ship Scientific Research Center) təxminən 100 təşkilat və şirkətin köməyi ilə "Tsyaolun" (Jiaolong), adında 3 yerlik unikal batiskaf yaradıb. Onun adı mifik dəniz əjdahasının adından götürülüb.
Hələ 2004-cü ildə Çin elan etmişdi ki, dünyanın ən dərin sularına enə bilən batiskaf üzərində işləyirlər. Nəhayət bu sualtı aparat rəsmi olaraq dünyaya elan edildi. New York Times qəzeti yazır: batiskafı hazırlayanların sözlərinə görə, bu yaxınlarda Cənubi-Çin dənizində bu aparatın təsir bağışlayan yoxlamaları aparılıb.
China Daily-nin verdiyi məlumata görə: hələ keçən il təzə aparatın birinci - "cüzi" enmələri yüzlərlə metri keçib, lakin 2010-cu ilin bahar və yayında "Tsyaolun" 17 enmə yerinə yetirib, onlardan 4-ü isə 3 km-dən artıq olub. Bunların ən dərini isə 3759 m olub.
Beləliklə, Çin belə dərin sulara enə bilən texnikaya malik olan ölkələrə - ABŞ, Yaponiya, Rusiya, Fransaya qoşula bilmişdir. Lakin yeni batiskaf bundan daha çox imkanlara malikdir.
Qeyd edək ki, yeni aparat öz analoqlarının arasında ən dərinə enən olmasa da, onun nəzərdə tutulan enmə dərinliyi 7 km-ə çatır.
Müqayisə üçün qeyd edək ki, məşhur rus aparatı "Mir" 6 km dərinliyə enə bilir. Ancaq mövcud batiskafların rekordçusu yaponların Shinkai adında aparatı olanı 6,5 km -ə enə bilir.
"Tsyaolun"-nun tədqiqi tədricən artan dərinliklərə qədər davam etdiriləcək. 2011-ci ildə aparatın 5 km, 2012-ci ildə isə son 7 km dərinliyə endirilməsi nəzərdə tutulmuşdur. Çinlilər ümid edirlər ki, yeni aparat elmi tədqiqat işlərində və ən mühüm olan, dəniz dibinin ehtiyatlarının tədqiqində böyük rol oynayacaqdır.
Doktor_Ali
çinlər bunu da bacardı