Ən hündür heykəl haqqında nə bilirsiniz?

Ən hündür heykəl haqqında nə bilirsiniz? - 1

Hər ölkənin özünəməxsus tarixi abidələri var. Bu abidələr yerləşdiyi məkanda yaşamış xalqlar haqqında çoxlu məlumat verir. Dövrdən asılı olaraq xalqlar öz qəhrəmanlarına heykəllər qoyurlar. Heykəllərin görünüşü onu yaradan heykəltəraşdan və hal-hazırda mövcud olan ideoloji şəraitdən asılıdır. Amma bunların içində digərlərindən tamamilə fərqlənən heykəllər də var. Belə bir sual yaranır: dünyada ən hündür heykəl haradadır?
Dünyada ən hündür heykəl Çinin Xenan əyalətində olan Buddanın heykəlidir. Heykəl 2002-ci ildə yaradılmışdır və adı Spring Temple Buddha-dır. Onun hündürlüyü 128 m, pyedestalla birlikdə isə – 153 m-dir. Layihənin qiyməti 55 milyon dollar təşkil edib. Heykəl ümumi çəkisi 1000 ton olan 1,1 min mis hissədən ibarətdir. Heykəlin adını yaxınlıqda yerləşən isti su mənbəyinin adına uyğun veriblər.

Ən hündür heykəl haqqında nə bilirsiniz? - 2

Müqayisə üçün onu da qeyd edək ki, Moskvada yerləşən Zurab Seretelinin yaratdığı I Pyotrun heykəlininhündürlüyü 98 m-dir.

Ən hündür heykəl haqqında nə bilirsiniz? - 3

Dünyanın 10 ən hündür heykəlinin siyahısını təqdim edirik
1 Spring Temple Buddha, 128m, Henan, Çin (2002)
2 Laykyun Setkyar, 116m, Sagaing əyaləti, Birma (2008)
3 Ushiku Daibutsu, 110m, İbaraki, Yaponiya (1993)
4 Nanshan Haishang Guanyin, 108m, Hainan, Çin (2005)
5 Emperors Yan and Huang, 106m, Henan, Çin (2007)
6 Sendai Daikannon, 100m, Miyagi Prefecture, Yaponiya (1980-ci illərdə)
7 Peter the Great, 96m, Moskva, Rusiya (1997)
8 Great Buddha, 92m, Ang Thong, Tayland (2008)
9 Lingshan Grand Buddha, 88m, Jiangsu əyaləti, Çin (1996)
10 Dai Kannon of Kita no Miyako park, 88m, Hokkaido, Yaponiya (1989)

  • Paylaşmağı unutma

Yazılmış şəhrlər

Qonaq__65775

çox maraqlı məlumatdı oxumaqa dəyər

Qonaq__4260768

Cox gozeldir

Səhr yaz

......