Ən kiçik rentgen aparatı nə boydadır?

Qurğunun ölçüləri - 3х5 santimetrdir və bərk materialların tərkibinin təyini üçün nəzərdə tutulmuşdur.

O, şüşədə yerləşdirilmiş iki elektroddan ibarətdir. Tədqiq edilən nümunə elektrodların qarşısında yerləşdirilir. Tədqiqatçıların sözlərinə görə, misal olaraq, qum zərrəciyini tədqiq etmək üçün təxminən 3 dəqiqə vaxt tələb olunur. Hələ ki alimlər tərkibində mis və sink olan nümunələrin analizini müvəffəqiyyətlə həyata keçirməyə müvəffəq olublar.