Ən uzun salyami neçə kilometrdir?

Ginnesin rekordlar kitabına düşmək cəhdi şirkətin bu biznesdə 75-ci ildönümü ilə təsadüf edirdi. Şirkətin tarixi və inkişafı haqqında olan video materialın seyrindən sonra məni burada olan bütün avadanlıqlarla tanış etdilər. Bununla, onlar şirkətdə olan ciddi sağlamlıq, təhlükəsizlik və gigiyena standartlarına uyğun olan şəraiti göstərmək istəyirdilər.

Bu cəhd üçün xüsusi olaraq avadanlıq sifariş edilmişdi. Bütün texnoloji prosesləri nəzərə alaraq, şirkət sahibləri salyaminin bir hissədən ibarət olması üçün hər bir şəraiti yaratmışdı. Qalan iş isə salyamini istehsal edəcək kollektivin professionallığından asılı idi. Kollektivin hazırlamaq istədiyi salyaminin uzunluğu 1200 m (3,937 fut) olmalı idi.

Bu möhtəşəm prosesdən sonra alınan salyaminin uzunluğu 1,152 m 16 sm (3,780 ft 0.54in) oldu. Həmin fakt dəvət olunmuş yerli müstəqil inspektor tərəfindən təsdiq edildi. Bu salyami dünyada istehsal olunmuş ən uzun salyami hesab edilərək Ginnesin Dünya rekordlarının yeni hesabatına əlavə edildi.
İlk olaraq 3114.35 kiloqram xammal ilə başlasalar da, onun yalnız 2171.37 kiloqramını istifadə etdilər. Şirkət sahibləri rəsmi olaraq rekordun təsdiqini alandan sonra əziyyətlərinin əbəs olmadığına çox sevindilər.

Təbriklər !!!!
Aleksandr Vipirailenko
Qonaq__344434
halal olsun
Qonaq__344434
onu nece hazirlayirsiniz