Facebook insanı necə xilas edə bilərmiş?

Facebook insanı necə xilas edə bilərmiş? - 1

Sosial şəbəkələrin mənfi xüsusiyyətlərini çox insan bilir, amma ki onun çətin zamanda əvəzolunmaz bir xüsusiyyəti var. O …
AzadXeber.az-ın verdiyi məlumata görə, ABŞ-ın Pensilvaniya ştatında yaşayan Dona Mccoy adlı qadın üç yaşlı qızının xəstə olduğu və qaraciyər nəqlinə ehtiyac duyulduğu səbəbindən Facebook sosial şəbəkəsində müraciət edib. Çarəsiz ananın bu müraciəti körpə uşağı xilas edib.
Belə ki, edilən müraciətdən sonra qadının uzaq tanışı imkansız ailəyə kömək etməyə qərar verib. Qadının uzun illərdən bəri görüşmədiyi sinif yoldaşı Maykl Tompson üç yaşlı körpəyə öz qaraciyərini verməyə razı olub. Aparılan analizlər nəticəsində qaraciyər transplantasiyasının mümkünlüyü müəyyən olunub və əməliyyat uğurla həyata keçirilib.
Qızının sağalmasından çox sevinən ana etdiyi köməyə görə öz sinif yoldaşına minnətdarlığını bildirib. Qızını da Maykl Tompson kimi yardımsevər böyüdəcəyinə söz verib.

Facebook insanı necə xilas edə bilərmiş? - 2

  • Paylaşmağı unutma

Yazılmış şəhrlər

flowers0girl

gorun nece yaxwi insandir

Ahmet_kayakesen

Bu cox yaxsi xeberdir.

Qonaq__4741924

manwallah

ARR

halaldı...

Qonaq__4794945

heyatda 100 insannan en azi 40 bele olsa xeste adamlarinda sayi azalar

milane

dunyada hami bele olsun

Qonaq__4825076

Afərin ona. Çox yaxşı adamdı. Dünyada gərək elə çoxlu insanlar olsun.

Qonaq__5011733

MAŞALLAH

Səhr yaz

......