Fenin yaradılması haqqında nə bilirsiniz?
Fenin bizim həyatımızda əvəzedilməz olması danılmaz bir faktdır. Qadınların fenlə dost olması həyat tərzinin bir hissəsidir. İndiki zamanda saç düzümünü fensiz yaratmaq müşkül bir məsələdir. Bəlkə də, hər gün istifadə etdiyimiz bu cihazın yaranma tarixi haqqında nə bilirsiniz?Fenlərin "ulu babası" demək olar ki, 1900-cü ildə Almaniyada "Sanitas" konstruktor bürosunda yaradılıb. Onun ilk görünüşü indikilərdən tamamilə fərqli idi. O, böyük konserv bankasına bənzəyirdi - bir tərəfindən taxta tutacaq, o biri tərəfindən isə polad borucuq. Bu konserv qutusunun içində daxili yanma mühərriki yerləşdirilmişdi. Bu mühərrik polad spiralı qızdırırdı və propellerin köməyi ilə isti hava polad borucuqdan xaricə vurulurdu.
Bu cihazın çəkisi 2 kq yaxın olub. Həmin bu feni saçlara çox yaxın tutmaq onların yanmağı ilə nəticələnə bilərdi. Ona görə ki, bu fenin üfürdüyü havanın temperaturu 90 dərəcə idi.
"Fen" sözünü isə dağlardan düzənliyə əsən isti küləyin adı ilə bağlayırlar. Sonralar bir neçə fərqli adlar verilsə də, həmin adlar geniş istifadə olunmadı.
Həmin zamanlar bu cihazın qiyməti 39 alman markası idi. O dövr üçün bu böyük pul idi. Ən bahalı saç salonlarının xidmət qiyməti isə 2 markaya qədər idi.
Qiymətinə baxmayaraq bu cihazlar böyük həcmdə satılırdı. Həmin dövrdə əksər qadınlar uzunsaç idilər. Bu fakt və cihazın 5-10 dəqiqəyə saçları quruda bilməsini nəzərə alsaq, fenin yaradılması böyük bir nailiyyət idi.
İndiki zamanda fensiz gözəl saç düzümünə nail olmağın mümkün olmadığını hami bilir.
Qonaq__53234
superdi
Qonaq__53234
super
Qonaq__53234
maraqlidir
Doktor_Ali
ixtira edənə çooooooooooooooooooooooooox sağol deyirəm
elaci25102001
maraqlidir indi fen olmasa ne ede bilerikiii
lokas
bu.nedi.hey.bu.nedi.eladiki
gruzinka
maraklidi
gruzinka
maraklidi saol bilmek
Qonaq__754967
Təşəkkürlər!
light
maraqlıdır.teşekkurler
Qonaq__3586273
eladiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii